Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu il dekabrın 9-da Astara rayonunun Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən iki balıqçıdan biri – 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti dalğıc-xilasedicilər tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib./Oxu24.com/


