Süni intellekt (Aİ) modelləri ingilis dilinin özünəməxsus variantlarını yaradaraq bu dildə ünsiyyət qurmağa başlayıblar. Artıq həmin dili heç kim başa düşmür, bu isə modellərə nəzarəti çətinləşdirir.
Çağdaş.Az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, neyroşəbəkə dili poeziyadan və texniki mütəxəssislərin slenqindən götürülmüş elementləri özündə birləşdirir.
Dünyanın ən böyük şirkətlərinin Aİ modelləri onlara birbaşa öyrədilməyən ifadələr, terminlər və qısaltmalar formalaşdırır. Onların istifadə etdiyi metafora və jarqonlar insanların bu modellərin nə haqqında danışdığını anlamasını çətinləşdirir.
“Bu, süni intellektə nəzarətdə fundamental problem yaradır”, – deyə ABŞ-nin “Emergence” laboratoriyasının tədqiqatçıları bildiriblər./Musavat.com/
















