Tehranın mərkəzində baş verən gərginlik fonunda İranın yeni ali rəhbəri Müctəba Xameneyinin səhhəti ilə bağlı rəsmi məlumat yayılıb. Verilən xəbərə görə, ABŞ və İsrailin ali rəhbərin iqamətgahına endirdiyi hava zərbələri nəticəsində Müctəba Xameneyi ayağından yüngül xəsarət alıb.
Cagdas.az xəbər verir ki, İran rəsmisi Əzim İbrahimpur mövzu ilə bağlı verdiyi açıqlamada bildirib ki, hücum anında Xameneyi kompleksin ərazisində olub və raketlərdən birinin yaratdığı partlayış dalğası nəticəsində yüngül yaralanıb.
Rəsmi nümayəndə xüsusi olaraq vurğulayıb ki, yeni liderin durumu stabildir və onun digər ağır xəsarətlər alması barədə yayılan məlumatlar tamamilə əsassızdır. Hazırda iqamətgah ətrafında təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb./NOCOMMENT.az
















