Əgər telefonunuzda internet zəifdirsə, səhifələr gec açılır, videolar tez-tez dayanır, tətbiqlər ləng işləyirsə, dərhal operatoru və ya telefonu günahlandırmağa tələsməyin.
Cagdas.az News24.az-a istinadən xəbər verir ki, telefonunuza əlavə tətbiqlər yükləmədən də mobil interneti sürətləndirməyə kömək edən sadə daxili alətlər və üsullar mövcuddur.
Bəzən smartfonlar avtomatik olaraq ən keyfiyyətli olmayan mobil rabitə bazasına qoşulur. Telefonun daha sürətli siqnal tapması üçün:
• Təyyarə rejimini (Airplane Mode) aktiv edin
• Bir neçə saniyə gözləyin
• Yenidən söndürün
Bu addım bütün şəbəkə interfeyslərini (mobil internet və Wi-Fi) məcburi şəkildə yenidən başladır və telefonun yeni – adətən daha güclü siqnala və daha yüksək internet sürətinə malik qoşulma nöqtəsi seçməsinə səbəb olur.
Tətbiqlərdən istifadə edərkən və ya saytlara daxil olduqda smartfon məlumatların bir hissəsini müvəqqəti yaddaşda – “keşdə” saxlayır. Buraya şəkillər, skriptlər və digər elementlər daxildir. Bu, növbəti dəfə açılışı sürətləndirmək üçündür.
Lakin zamanla bu məlumatlar yığılır və telefonun işini ləngidə bilir. Keşi təmizləməklə bu müvəqqəti faylları silə, yaddaşı boşalda, xüsusilə tətbiq və ya sayt qeyri-stabil işləyirsə, internetin sürətlənməsinə kömək edə bilərsiniz:
• Brauzerdə: Menyu – Keşi/məlumatları sil
• Telefonun ayarlarında: Ayarlar – Tətbiqlər – [istənilən tətbiq] → Yaddaş → Keşi sil
















