“Blue Origin” şirkəti texniki problemlərə görə suborbital uçuşunu təxirə salıb.
Amazon şirkətinin təsisçisi və ABŞ milyarderi Ceff Bezosa məxsus aerokosmik şirkəti olan Blue Origin, uçuşdan əvvəl aparılan yoxlamalar zamanı aşkarlanan texniki problem səbəbindən NS-37 suborbital uçuşunu təxirə salıb.
Cagdas.az bildirir ki, şirkətin veb saytında paylaşılan məlumata görə, NS-37 suborbital uçuşu texniki problem səbəbindən dayandırılıb.
Uçuşun dekabrın 20-dən tez baş tutmayacağı və canlı yayımın uçuşdan 20 dəqiqə əvvəl başlayacağı gözlənilir.
NS-37 suborbital uçuşunun heyətinə kosmosun kənarına səyahət edən ilk əlil arabası istifadəçisi olacaq aviasiya mühəndisi Michaela Benthaus daxildir.
Uçuş üçün planlaşdırılan digər heyət üzvləri arasında SpaceX-in Uçuş Etibarlılığı üzrə keçmiş vitse-prezidenti Hans Koenigsmann, sahibkar Nil Milç, fizik Coi Hayd, investor Adonis Pouroulis və kompüter alimi Ceyson Stansell də var.
Uçuşda istifadə ediləcək New Shepard kosmik gəmisi 10-12 dəqiqə davam edən suborbital uçuşlar həyata keçirir və bu müddət ərzində bir neçə dəqiqə “çəkisizlik” yaşanır./Haber Global/
















