Son dəqiqə
Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqləndi 567 nömrəli marşrutun avtobusları yenilənir Yeni Konstitusiyasız Azərbaycan sülh imzalamayacaq – İrəvan Ermənistan Türkiyə ilə sərhədi bu gün açmağa hazırdır – Spiker GTA 6 satışa çıxmamış rekord qırdı – İnternet trafiki pik həddə çatdı Gəlin dünyanı xilas edək – Azərbaycanlı alimlərdən çağırış Ermənistan Rusiya ilə düşmənçilik etmir – Rubinyan Prezident Vyetnama səfər edəcək Avtomobilinin üzərinə ağac aşdı, ciddi ziyan dəydi – Dövlət qurumları vətəndaşın müraciətinə niyə baxmır? Hərbçilərin həyat yoldaşlarına 400 manat veriləcək

Təyyarəsi gecikən sərnişinlərə təzminat ödəniləcək

Cəmiyyət

Avropa Birliyi (AB) qurumları 13 ildir davam edən müzakirələrdən sonra hava yolu sərnişinlərinin hüquqlarını genişləndirən yeni qaydalar üzərində razılığa gəliblər. Yeni tənzimləməyə əsasən, uçuşu 3 saatdan çox gecikən sərnişinlər məsafədən asılı olaraq 250 ilə 600 avro arasında təzminat ala biləcəklər.

Cagdas.az xarici mediaya istinadla xəbər verir ki, Avropa Parlamenti və AB Şurası tərəfindən rəsmən təsdiqləndikdən sonra qüvvəyə minəcək bu qərar çərçivəsində sərnişinlərin pulsuz əl baqajı hüququ qorunacaq və reyslərin ləğvi zamanı onlara əlavə təminatlar veriləcək. Şirkətlər sərnişinləri gecikmələr barədə 96 saat ərzində elektron qaydada məlumatlandırmalı və daxil olan təzminat müraciətlərinə ən geci 30 gün ərzində cavab verməli olacaqlar.

Bundan əlavə, gediş biletindən istifadə etməyən sərnişinlərin qayıdış reysinə buraxılmaması, yəni “no-show” təcrübəsi də qadağan edilir. Qiymət şəffaflığını artırmaq məqsədilə bilet alınarkən ilkin qiymətə əl baqajının da daxil ediləcəyi və ailələrin əlavə ödəniş etmədən təyyarədə yan-yana əyləşə biləcəyi bildirilir.

Sərnişinlərin hüquqlarını maksimum qoruyan bu tətbiqin qısa zamanda dünya miqyasında yayılacağı gözlənilir.(metbuat.az)