• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9566
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Maraqlı

Tibb dünyasında inqilab: Həkimlər bunu ilk dəfə etdi – Körpə ana bətnində əməliyyat olundu – VİDEO

04 Avqust, 26 / 21:44
A A

ABŞ-da həkimlər tibb tarixində mühüm hadisələrdən birinə imza atıblar. Ana bətnində bağırsaqları qarın boşluğundan kənarda inkişaf edən körpə, hələ dünyaya gəlməmişdən əvvəl xüsusi cərrahi müdaxilə ilə əməliyyat olunub.

Cagdas.az  xəbər verir ki, hadisə ABŞ-ın Hyuston şəhərində baş verib. İngiltərədən olan Maisi Sevic və Coş Frenç cütlüyü hamiləliyin 20-ci həftəsində keçirilən ultrasəs müayinəsi zamanı körpələrində nadir doğuş anomaliyasının olduğunu öyrəniblər.

Mütəxəssislər körpəyə kompleks qastroşizis diaqnozu qoyublar. Bu vəziyyətdə qarın divarı tam formalaşmadığı üçün bağırsaqlar bədənin xaricində inkişaf edir. Xəstəliyin ağır forması körpənin doğulduqdan sonra uzunmüddətli müalicəyə və bir neçə əməliyyata ehtiyac duymasına səbəb ola bilər.

Ailə Londonun aparıcı tibb mərkəzlərində aparılan qiymətləndirmələrdən sonra ABŞ-ın Hyuston şəhərində yerləşən Texas Children’s Hospital tərəfindən həyata keçirilən klinik araşdırmaya cəlb olunub.

Hamiləliyin 26-cı həftəsində gələcək ana əməliyyata alınıb. Fetal cərrah Maykl Belfortun rəhbərlik etdiyi tibbi komanda xüsusi üsulla ana bətninə daxil olaraq körpənin qarın boşluğundan kənarda olan bağırsaqlarını ehtiyatla yerinə yerləşdirib və qarın divarındakı açıq hissəni bərpa edib. Bu əməliyyat nəticəsində körpə ana bətnində bu üsulla müalicə olunan dünyada üçüncü, İngiltərədən isə ilk körpə olub. Əməliyyatdan sonra hamiləlik normal davam edib. Ana daha 14 həftə körpəni bətnində daşıyıb. Fevral ayında dünyaya gələn Theo adlı körpə doğuşdan sonra həkimlərin gözlədiyindən daha sürətli bərpa olunub. O, cəmi dörd gün sonra xəstəxanadan evə buraxılıb. Hazırda beş aylıq olan Theo-nun sağlamlıq vəziyyətinin yaxşı olduğu və ailəsi ilə birlikdə İngiltərəyə qayıtdığı bildirilib.

Mütəxəssislər qeyd edirlər ki, kompleks qastroşizis zamanı körpələr doğulduqdan sonra uzun müddət reanimasiyada qala, bir neçə əməliyyat keçirə və hətta ömürboyu xüsusi qidalanmaya ehtiyac duya bilərlər.

Əməliyyatı həyata keçirən həkimlər Theo-nun nəticələrinin olduqca ümidverici olduğunu vurğulayıblar. Alimlərin fikrincə, klinik araşdırmalar uğurlu nəticə verərsə, ana bətnində həyata keçirilən bu cür əməliyyatlar gələcəkdə doğuşdan əvvəl müalicə üsullarından birinə çevrilə bilər.

Theo-nun hekayəsi yalnız bir körpənin həyatının xilas edilməsi deyil, eyni zamanda doğuş qüsurlarının hələ ana bətnində aradan qaldırılması istiqamətində tibb elmi üçün böyük bir addım hesab olunur.(referans media)

Bənzər Xəbərlər

Maraqlı

Bu həftə bürcləri elə şeylər gözləyir ki… – ƏN SON PROQNOZ

Avqust 4, 2026
Maraqlı

Dünyada ilk dəfə tapıldı – qiyməti qızıldan da bahadır – FOTO

Avqust 3, 2026
Maraqlı

Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR

Avqust 3, 2026
Maraqlı

Bu 5 BÜRCdən olanlar daha çox yaşayır

Avqust 3, 2026
Maraqlı

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

Avqust 2, 2026
Maraqlı

Bu məhsulları soyuducuda saxlamaq olmaz

Avqust 1, 2026

XƏBƏR LENTİ

Bu tarixdə Avropa qaranlığa qərq olacaq

04 Avqust, 26 / 22:50

8 gün iş OLMAYACAQ —TƏQVİM

04 Avqust, 26 / 22:36

Ölü heyvan və insan sümüyündən hazırlanan diş implantları – Yeni sahibinin şəxsiyyətini dəyişə bilərmi?

04 Avqust, 26 / 22:23

Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb – VİDEO

04 Avqust, 26 / 22:11

İsveç hər il milyonlarla ton tullantını idxal edərək enerjiyə çevirir

04 Avqust, 26 / 21:57

Tibb dünyasında inqilab: Həkimlər bunu ilk dəfə etdi – Körpə ana bətnində əməliyyat olundu – VİDEO

04 Avqust, 26 / 21:44

ATƏT sədri: Azərbaycan və Ermənistan arasında yekun sülh vacibdir

04 Avqust, 26 / 21:31

ATƏT məkanında qeyri-sabitlik hökm sürür – NAZİR

04 Avqust, 26 / 21:19

İran: Hörmüzdə vurulan gəmilər silah və sursat daşıyırdı

04 Avqust, 26 / 21:05

Təyin edilmiş aliment məbləğini azaltmaq mümkündür? – Vəkil açıqladı

04 Avqust, 26 / 20:54
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.