• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.9° Weather Columbus
$
1.7
€
2.003
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Tofiq Zülfüqarovdan Kamal Xəraziyə sərt qiymət: "Dövlətçiliyimizə qarşı çıxan xəttin simalarından idi”

11 Aprel, 26 / 17:19
A A

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İranın Ali Rəhbərinin müşaviri, keçmiş xarici işlər naziri Kamal Xərazinin ölümü ilə bağlı diqqətçəkən və sərt məzmunlu mövqe açıqlayıb. Zülfüqarov mərhum iranlı diplomatın siyasi xəttini kəskin tənqid edib, onun keçmiş İran rejiminin ən reaksion fiqurlarından biri olduğunu bildirib.

Çağdaş.Az xəbər verir ki, sabiq nazir Kamal Xərazi ilə bağlı fikirlərini belə ifadə edib:

Aldığı yaralardan sonra 81 yaşında İranın Ali Rəhbərinin müşaviri, keçmiş xarici işlər naziri Kəmal Xərazi vəfat edib.

Adətən dünyasını dəyişənlər haqqında ya yaxşı danışırlar, ya da susurlar. Lakin mən həqiqəti deməli olduğumu düşündüm…

Qərb təhsili almasına baxmayaraq, o, keçmiş rejimin ən reaksion xadimlərindən biri və xarici siyasət ideoloqlarından idi. Üstəlik, onun dünyagörüşünün əsasını islam həmrəyliyi prinsipləri deyil, hələ şah dövründə formalaşdırılmış fars neoimperial ideologiyası təşkil edirdi.

Bu doktrinanın daşıyıcıları və icraçıları İran inqilabının “ixracı” siyasətini ideoloji məqsəd kimi deyil, qonşu dövlətlərin suverenliyinə, hətta ərazilərinə ekspansiya və anneksiya vasitəsi kimi görürdülər. Bunun nümunəsini İraq, Suriya, Livan, qismən də Bəhreynin siyasi taleyində görmək mümkündür. Eyni ssenari Azərbaycanın da taleyi olmalı idi.

Sözdə Azərbaycanın rəhbərliyinin mövqeyini qəbul edirdilər ki, əgər “İslam inqilabı ideyalarının Azərbaycana ixracı” siyasəti aparılmayacaqsa, Azərbaycan da İrana qarşı fəaliyyət üçün platformaya çevrilməyəcək və “Cənubi Azərbaycan” mövzusu qabardılmayacaq. Lakin əməldə Xərazi kimi şəxslər ölkəmizdə dövlətçiliyin möhkəmlənməsinə – xüsusilə Prezident Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanan proseslərə qarşı mümkün olan hər şeyi edirdilər.

Açıq düşmənçilik siyasəti həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq platformalarda özünü göstərirdi.

Köhnə rejim sonda müəllifləri üçün ölümcül nəticələr doğuran daxili və xarici siyasətinin qurbanına çevrildi.

Bu gün “hərbi seleksiya” nəticəsində formalaşmış yeni nəsil qarşısında real mənada mehriban qonşuluq münasibətləri qurmaq imkanı var. Görək, onlar sələflərinin səhvlərindən düzgün nəticə çıxara biləcəklərmi./Musavat.com/

Bənzər Xəbərlər

Cəmiyyət

Rəmzi Tahirli baş redaktor təyin edildi

Aprel 17, 2026
Cəmiyyət

Rusiya - Ukrayna müharibəsində neçə azərbaycanlı həlak olub - SİYAHI

Aprel 17, 2026
Cəmiyyət

Sərəncam İMZALANDI: Sara Əzimova vəzifəsindən azad edildi

Aprel 17, 2026
Cəmiyyət

Daha bir qanunsuz tikilidə SÖKÜNTÜ

Aprel 17, 2026
Cəmiyyət

Prezidentin fərmanı icra OLUNDU: Prosesə start verildi

Aprel 17, 2026
Cəmiyyət

ŞOK PROQNOZ – Hər şey bahalaşacaq…

Aprel 17, 2026

XƏBƏR LENTİ

Rəmzi Tahirli baş redaktor təyin edildi

17 Aprel, 26 / 14:25

İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb

17 Aprel, 26 / 14:13

Rusiya - Ukrayna müharibəsində neçə azərbaycanlı həlak olub - SİYAHI

17 Aprel, 26 / 13:59

Simonyan Azərbaycan və Türkiyə barədə danışdı

17 Aprel, 26 / 13:46

Sərəncam İMZALANDI: Sara Əzimova vəzifəsindən azad edildi

17 Aprel, 26 / 13:32

Daha bir qanunsuz tikilidə SÖKÜNTÜ

17 Aprel, 26 / 13:19

Prezidentin fərmanı icra OLUNDU: Prosesə start verildi

17 Aprel, 26 / 13:04

İlham Əliyev Suriya lideri ilə görüşdü – FOTO

17 Aprel, 26 / 12:53

İlham Əliyev Şimali Kipr Prezidenti ilə GÖRÜŞDÜ – FOTO

17 Aprel, 26 / 12:42

TƏCİLİ! NATO Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ – Sərhəddə 10 min hərbçi və…

17 Aprel, 26 / 12:33
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.