“Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olunub.
Çağdaş.Az xəbər verir ki , bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, qəzetin baş redaktoru vəzifəsinə Rəmzi Tahirli gətirilib.
R.Tahirli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, “Şərq qapısı” qəzeti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin rəsmi mətbuat orqanıdır. R.Tahirlidən əvvəl həmin vəzifəni Sara Əzimova tuturdu. O, bu gün işdən çıxıb.
















