• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
7.5° Weather Columbus
$
1.7
€
1.9834
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Vətəndaşlara ŞAD XƏBƏR: Bu halda təqaüdə çıxmadan pensiya kapitalından istifadə edə biləcəksiniz

02 Aprel, 26 / 17:19
A A

Son illərdə bir sıra ölkələrdə vətəndaşlara pensiya kapitalının müəyyən hissəsini pensiya yaşına çatmadan istifadə etmək imkanı verilməsi müzakirə olunur və bəzi hallarda tətbiq edilir. Bu təcrübələr fonunda Azərbaycanda da oxşar mexanizmin tətbiq olunub-olunmayacağı sualı aktuallaşır.

Belə bir addım atılarsa, bu daha çox erkən pensiyaya çıxış, yoxsa normadan artıq yığılan vəsaitin istifadəsi modeli üzərində qurula bilərmi?

Çağdaş.Az
xəbər verir ki ,Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda formalaşmış pensiya sistemi həmrəylik prinsipinə əsaslanır.

Onun sözlərinə görə, bu prinsipə əsasən hazırda işləyən şəxslərin əməkhaqqından edilən ayırmalar hesabına pensiyaçıların ödənişləri maliyyələşdirilir, çatışmayan hissə isə dövlət büdcəsindən qarşılanır:

“Hazırkı sistem öz-özünü maliyyələşdirə bilmir və dövlət büdcəsinin dəstəyinə ehtiyac duyur. Bu baxımdan sistem daha çox sosial və humanist xarakter daşıyır. Hətta əvvəllər işləməyən şəxslərə belə sosial staj hədiyyə edilirdi. 2026-cı ildən etibarən isə bu güzəşt mərhələli şəkildə azaldılır.”
Ekspert qeyd edib ki, mövcud modeldə pensiya kapitalının vətəndaş tərəfindən sərbəst şəkildə istifadəsi nəzərdə tutulmur:

“Vətəndaş pensiya yaşına çatmadan vəfat edərsə, onun ailə üzvləri üçün sosial təminat mexanizmləri – məsələn, ailə başçısını itirməyə görə müavinət tətbiq olunur. Pensiyaçı vəfat etdikdə isə həyat yoldaşı daha yüksək pensiyanı seçə bilir. Yəni kapitalın birbaşa və tam ötürülməsi mexanizmi yoxdur.”
Xalid Kərimlinin fikrincə, vətəndaşların gözlədiyi kimi pensiya vəsaitinin əvvəlcədən istifadəsi yalnız özəl pensiya fondlarının yaradılmasından sonra mümkün ola bilər:

“Əgər gələcəkdə özəl pensiya fondları ilə bağlı qanunvericilik formalaşarsa, həmin fondlarda vəsait yığan şəxslər daha çevik mexanizmlərdən yararlana biləcəklər. Bu zaman vərəsəlik prinsipi də tətbiq oluna bilər və vətəndaşlar pensiya kapitalının bir hissəsindən istifadə imkanına sahib olarlar.
Hazırda dövlət sistemində pensiya kapitalı 144 aya (12 il) bölünərək vətəndaşa aylıq şəkildə ödənilir. Bu yanaşma orta ömür uzunluğu əsasında hesablanır və vətəndaşın daha uzun və ya qısa yaşamasından asılı olmayaraq eyni qaydada tətbiq edilir.”
Beləliklə, mövcud reallıqlar fonunda Azərbaycanda pensiya kapitalından erkən istifadə imkanlarının yaxın perspektivdə tətbiqi real görünmür. Lakin özəl pensiya fondlarının yaradılması və bu sahədə qanunvericiliyin formalaşması gələcəkdə daha çevik və fərdi yanaşmaların tətbiqinə şərait yarada bilər.

Bənzər Xəbərlər

Business and finance background. Stacks of golden and silver bars
İqtisadiyyat

Artım dalğası səngidi: qızıl ucuzlaşdı

Aprel 9, 2026
İqtisadiyyat

Neft yenidən bahalaşdı

Aprel 9, 2026
İqtisadiyyat

Bu valyutalar bahalaşdı

Aprel 7, 2026
İqtisadiyyat

Bitkoin kəskin bahalaşdı

Aprel 6, 2026
İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

Aprel 6, 2026
Cəmiyyət

Bu pullar sabahdan etibarən kartınızdan çıxılacaq

Aprel 5, 2026

XƏBƏR LENTİ

İranın atəşkəs planı ChatGPT ilə hazırlanıb – Vens

09 Aprel, 26 / 12:39

Azərbaycanda şəxsi məlumatların qorunması qanunları sərtləşir

09 Aprel, 26 / 12:25

ABŞ-da məxfi məlumatları sızdıran vəzifəli şəxs saxlanılıb

09 Aprel, 26 / 12:13

DİQQƏT! Sabahdan səhhətinizdə bu problemlər yarana bilər

09 Aprel, 26 / 12:00

“İçərişəhər”də qala divarının bir hissəsi çöküb – GÖRÜNTÜLƏR

09 Aprel, 26 / 11:46

Ağ Evdən Tehrana sərt cavab: Hörmüz boğazı açılmadan atəşkəs olmayacaq

09 Aprel, 26 / 11:32

Dövlət işində çalışanların maaşı ilə bağlı YENİ QƏRAR

09 Aprel, 26 / 11:17

Sosial şəbəkə üzərindən narkotik şəbəkəsi ifşa edildi

09 Aprel, 26 / 11:03
President Donald Trump addresses a joint session of Congress at the Capitol in Washington, Tuesday, March 4, 2025. (AP Photo/Ben Curtis)

Tramp İran sərhədlərindən qoşunlarını çəkəcəyi tarixi açıqladı

09 Aprel, 26 / 10:48
Business and finance background. Stacks of golden and silver bars

Artım dalğası səngidi: qızıl ucuzlaşdı

09 Aprel, 26 / 10:34
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.