Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Bu pullar sabahdan etibarən kartınızdan çıxılacaq

Cəmiyyət

Oktyabr–aprel ayları aralığında NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş əməliyyatları zamanı silinməmiş vəsaitlərin 06.04.2026-cı il tarixindən etibarən mərhələli şəkildə silinməsinə başlanılacaq və ictimai nəqliyyatdan istifadə zamanı müvəqqəti məhdudiyyətlər aradan qaldırılacaq.

Çağdaş.Az verir ki, bu barədə “Bakı Kart” məlumat yayıb.

“Ödəniş əməliyyatları dərhal icra edilsə də, vəsaitin silinməsi ilə bağlı bildirişlər sizə gecikmə ilə (bir neçə saat və ya gün sonra) təqdim oluna bilər. Bu səbəbdən bəzi hallarda qeyd olunan bank kartlarına ictimai nəqliyyat ödənişləri üzrə müvəqqəti məhdudiyyət tətbiq olunur.

Xahiş edirik, bank kartlarınızda ödəniş əməliyyatları üçün kifayət qədər vəsait saxlayasınız. Borc məbləği hesabınızdan silindikdən sonra bu məhdudiyyət aradan qaldırılacaq və bank tərəfindən sizə bildiriş təqdim olunacaqdır. Silinən məbləğləri bankınızın kart tarixçəsində görə biləcəksiniz. Sual yarandığı halda Bakıkartın *4343 qaynar xəttinə müraciət edə biləriniz. Anlayışınız üçün təşəkkür edirik”, – deyə məlumatda qeyd edilib.