• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.3° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Xamenei Trampla sazişi təsdiqlədi – ABŞ lideri AÇIQLADI

12 İyun, 26 / 10:08
A A

ABŞ Prezidenti Donald Trump Oval kabinetdə jurnalistlərə bildirib ki, onun məlumatına görə, İranın ali lideri Müctəba Xamenei Vaşinqton və Tehran arasında hazırda razılaşdırılmasının son mərhələsində olan sazişi təsdiqləyib.

Cagdas.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Tramp deyib ki, onun bildiyinə əsasən, İran rəhbərliyinin sazişi təsdiqləyib-təsdiqləmədiyi ilə bağlı sualın cavabı müsbətdir.

“Mənim başa düşdüyümə görə, cavab bəlidir”, – deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin qeyd edib ki, saziş yekun şəkildə rəsmiləşdirildikdən sonra ABŞ dərhal İran limanlarına tətbiq olunan dəniz blokadasını ləğv edəcək.

“Və onda neft qiymətləri daş kimi aşağı düşəcək”, – deyə Amerika lideri vurğulayıb.

Son saatlarda Tramp İranla razılaşmanın yaxın olduğunu dəfələrlə bəyan edib və sənədin əsas müddəalarının artıq razılaşdırıldığını bildirib. Lakin İran hakimiyyəti hələlik bu açıqlamaları rəsmi şəkildə təsdiqləməyib.

Bloomberg agentliyinin məlumatına görə, Tehran və Vaşinqton arasında mesaj mübadiləsi İranın ali lideri Müctəba Xameneinin yeri gizli saxlanəılmaqla kuryerlərin iştirakı ilə mürəkkəb sxem üzrə həyata keçirilir. Ölkədə internetlə bağlı problemlər isə vəziyyəti daha da çətinləşdirib.

Agentliyin məlumatına görə, ABŞ nümayəndələrinin təklifləri dolayı diplomatik yollarla ötürülür və çox vaxt İran tərəfinin kuryerlərindən istifadə olunur ki, ali lider Müctəba Xameneinin olduğu yer məxfi qalsın.

Mənbələrin sözlərinə görə, ABŞ və İran arasındakı ünsiyyət daha çox danışıqlardan çox, ağır və vaxt aparan bir prosesə bənzəyir; mesajların qarşılıqlı ötürülməsi bəzən bir neçə gün çəkə bilir.

Bloomberg qeyd edir ki, müharibə dövründə İranda internet bağlantısının qeyri-sabit olması prosesi daha da çətinləşdirib. Bəzi hallarda WhatsApp vasitəsilə göndərilən mesajların çatdırılması 48 saata qədər vaxt aparıb.

Mənbələrin bildirdiyinə görə, Vaşinqtonun mesajları kuryerlərə çatdırılmadan əvvəl Pakistan rəsmilərindən keçir. Onlar bu mesajları telefon danışıqları və şəxsi görüşlər zamanı Tehrana ötürürlər.

Agentliyin mənbəsinin sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İranın xarici işlər naziri Abbas Araqçı ilə birbaşa əlaqə kanalını saxlayır və Vaşinqton bu kanaldan tez-tez istifadə edib.

Bundan əlavə, Bloomberg-in məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) danışıqların ləng getməsindən narazı qaldığı üçün münaqişənin başlanmasından sonra ilk dəfə İran nümayəndələri ilə üzbəüz görüş keçirmək qərarına gəlib.(modern.az)

Bənzər Xəbərlər

Dünya

İran təsdiqlədi: ABŞ ilə memorandumun mətni razılaşdırılıb

İyun 12, 2026
Dünya

Ermənistan buğda ixracına QADAĞA QOYDU

İyun 12, 2026
Dünya

Tarixdə ilk trilyonçu oldu

İyun 12, 2026
Dünya

İrəvan Qarabağdan köçənlərə pul ayırdı

İyun 11, 2026
Dünya

Avropa Birliyi Rusiya, Belarus və İrana qarşı viza siyasətini sərtləşdirəcək 

İyun 11, 2026
Dünya

Tehrandan kritik qərar: Hörmüz boğazı növbəti xəbərdarlığadək bağlandı

İyun 11, 2026

XƏBƏR LENTİ

İran təsdiqlədi: ABŞ ilə memorandumun mətni razılaşdırılıb

12 İyun, 26 / 12:24

Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi

12 İyun, 26 / 12:10

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur

12 İyun, 26 / 11:56

Novxanı və Xırdalanın bəzi ərazilərində qaz kəsilib

12 İyun, 26 / 11:42

Kredit borcu olanların NƏZƏRİNƏ

12 İyun, 26 / 11:28

“Son zəng” günü ilə bağlı sürücülərə xəbərdarlıq

12 İyun, 26 / 11:15

Pul əllərinizə gələcək: maliyyə baxımından şanslı olacaq BÜRCLƏR

12 İyun, 26 / 11:01

Ermənistan buğda ixracına QADAĞA QOYDU

12 İyun, 26 / 10:47

Bazar günü 15 mindən çox şəxs imtahan verəcək

12 İyun, 26 / 10:35

Tarixdə ilk trilyonçu oldu

12 İyun, 26 / 10:22
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.