Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yerin altında yetişir, kilosu 7 min manata satılır – Sərvət dəyərindədir

Cəmiyyət

Dünyanın ən bahalı və nadir göbələkləri sırasında yer alan ağ trüfellərin tapılması getdikcə çətinləşir. Xüsusilə İtaliya və Xorvatiyada yetişən, özünəməxsus ətri ilə seçilən bu göbələyin bir kiloqramı 4 min avroya (Təxminən 7600 manat) satılır.

 Cagdas.az xəbər verir ki, iqlim dəyişikliyi ağ trüfellərin təbii şəraitdə yetişməsinə ciddi təsir göstərir. Temperaturun yüksəlməsi və yağıntıların azalması bu nadir göbələyin gələcəyini təhlükə altına alıb.

Məlumata əsasən, İtaliyanın Alba şəhərində ağ trüfel mövsümü isti və quraq yay aylarından sonra aşağı məhsuldarlıqla başlayıb. Yağıntıların azlığı torpağın sərtləşməsinə, göbələklərin ölçüsünün kiçilməsinə və onların saxlanma müddətinin qısalmasına səbəb olub.

Ağ trüfellər ağac kökləri ilə xüsusi bioloji əlaqə yaradaraq torpağın altında inkişaf edir. Onların yetişməsi üçün sərin və rütubətli mühit tələb olunur. Uzunmüddətli quraqlıq və yüksək temperatur isə bu prosesi çətinləşdirir.

Qara trüfellərdən fərqli olaraq, ağ trüfellərin kommersiya miqyasında etibarlı şəkildə yetişdirilməsi hələ mümkün olmayıb. Bu səbəbdən onların mövcudluğu əsasən təbii şəraitdən asılıdır.

Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişiklikləri davam edərsə, gələcəkdə ağ trüfellərin tapılması daha da çətinləşəcək və onların bazar qiyməti yüksələ bilər./Globalinfo.az/