Son dəqiqə
Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı Əhməd Şaraa xanımı ilə Antalyada Almaniya kanslerinin çıxışı tənqid olundu: “O, nəyi gizlədir?” Rusiya ABŞ-da keçiriləcək sammit üçün heyət yığır

Zabitlərin hərbi rütbədə olma müddəti azaldılır

Cəmiyyət

Azərbaycanda magistratura, rezidentura və doktorantura təhsilini başa vuran zabitlərin hərbi rütbədə olma müddətinin bir il azaldılması təklif olunur.

Cagdas.az xəbər verir ki, bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında”  qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura və ya rezidentura səviyyəsini müvəffəqiyyətlə bitirən, eləcə də doktoranturada və ya adyunkturada təhsilini başa vuraraq müvafiq elmi dərəcə alan zabitlərin hərbi rütbədə olma müddəti bir il azaldılacaq.

Güzəşt ali təhsilin qeyd olunan səviyyələrinin hər biri üzrə bir dəfə tətbiq ediləcək.

Qanun layihəsinə əsasən, leytenant hərbi rütbəsində xidmət müddəti bəzi hərbi qulluqçular üçün iki ildən bir ilə endirilir. Belə ki, təhsil müddəti beş il olan xüsusi təyinatlı təhsil müəssisələrini bitirən hərbi qulluqçular üçün bu müddət iki il, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün isə bir il müəyyən edilir. Digər müvafiq hallarda da leytenant rütbəsində olma müddəti bir il olacaq.

Layihəyə əsasən, magistratura, rezidentura və ya doktorantura (adyunktura) təhsilini müvafiq şərtlərlə başa vurmuş zabitlərə rütbədə olma müddətinin azaldılması ilə bağlı güzəşt qanun qüvvəyə minənədək həmin təhsili bitirənlərə də şamil ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq, birinci oxunuşda qəbul edilib.