• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
8.5° Weather Columbus
$
1.7
€
1.999
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Maraqlı

Zibil təmizlənməsinə görə mükafat: Avropa paytaxtında yeni təşəbbüs

21 Aprel, 26 / 2:40
A A

Avropanın daha bir paytaxtı turistləri qaydalara əməl etməyə cəza ilə deyil, mükafatlarla həvəsləndirmək qərarına gəlib. Berlində “BerlinPay” adlı yeni təşəbbüsə start verilir. Bu proqram çərçivəsində səyahətçilər “yaşıl” və sosial faydalı fəaliyyətlərinə görə mükafatlandırılacaqlar.
 
Cagdas.az xəbər verir ki, bu barədə “TimeOut” nəşri yazır.

Məqalədə qeyd olunur ki, Almaniya paytaxtı qeyri-rəsmi atmosferi ilə tanınsa da, son dövrlərdə artan turist axını ilə yanaşı zibil probleminin də kəskinləşməsi ilə üzləşib. Məhz buna görə şəhər bu problemin həllinə ziyarətçiləri də cəlb etməyə qərar verib.

Proqramın mahiyyəti ondan ibarətdir ki, turistlər faydalı fəaliyyətlərə görə bonuslar qazanırlar. Məsələn, zibil toplamaq, yerli sosial layihələrdə iştirak etmək və ya ictimai məkanların abadlaşdırılmasına kömək etmək buna daxildir. Bunun müqabilində onlar müxtəlif mükafatlar əldə edə bilirlər: pulsuz və ya endirimli muzey biletləri, tərəfdaş restoranlarda yeməklər və ya xüsusi hazırlanmış şəhər tədbirlərində iştirak imkanı.

Qeyd edilir ki, bu yanaşma cəza mexanizminə deyil, müsbət stimullaşdırmaya əsaslanır. Oxşar model artıq Kopenhagendə “CopenPay” proqramı vasitəsilə sınaqdan keçirilib. Həmin proqramda turistlər şəhərə qatarla səyahət etdiklərinə görə belə bonuslar əldə edirdilər. Berlin isə bu təcrübəni daha da inkişaf etdirməyi planlaşdırır və daha məsuliyyətli turist davranışının şəhərlə daha sıx əlaqə yaradacağını düşünür.

“BerlinPay” proqramının bu yay xüsusi kampaniya formatında istifadəyə verilməsi planlaşdırılır. Bu il əsas mövzu su turizmi olacaq. Diqqət şəhərin su hövzələrinə yönəldiləcək: iştirakçılar çay kənarlarında zibil yığa və ya kiçik ictimai təşəbbüslərə qoşula biləcəklər, eyni zamanda şəhəri fərqli prizmadan tanıyacaqlar.

Məlumata görə, ötən il Berlinin təmizliyinə 13,1 milyon avro xərclənib ki, bu da əvvəlki illə müqayisədə daha çoxdur. Turistlər problemin yeganə səbəbi olmasa da, proqram onları həllin bir hissəsinə çevirməyi hədəfləyir.

Şəhər rəhbərliyi ümid edir ki, bu cür təşəbbüslər yalnız pulsuz ekskursiyalar və yemək kimi bonuslarla turistləri cəlb etməyəcək, həm də səyahət mədəniyyətini daha məsuliyyətli və iştirakçı yönümlü edəcək.

Xatırladaq ki, 2024-cü ildən etibarən Danimarkanın paytaxtı Kopenhagendə səfər edən və ekoloji məsuliyyət nümayiş etdirən turistlər pulsuz içki, yemək və əyləncə ilə mükafatlandırılır. Bu, şəhərin “CopenPay” turizm proqramı çərçivəsində həyata keçirilir. Bildirilir ki, aksiyaya 24 məkan, o cümlədən Danimarka Milli Muzeyi, “CopenHill” ictimai məkanı, su üzərində aktiv istirahət mərkəzi “Green Kayak” və “Absalon” food hall-ı qoşulub.(qaynarinfo)

Bənzər Xəbərlər

Maraqlı

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Aprel 21, 2026
Maraqlı

Niyə bəzi insanlar yaşlandıqca daha mehriban, digərləri isə sərt olur?

Aprel 21, 2026
Maraqlı

Sakit Okeanın dibində 3 milyon illik gizli vulkan kəşf edildi

Aprel 21, 2026
Maraqlı

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Aprel 20, 2026
Maraqlı

“iPhone 18 Pro” bu rəngdə olacaq

Aprel 20, 2026
Maraqlı

​Arağın insana hansı faydası var?

Aprel 20, 2026

XƏBƏR LENTİ

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

21 Aprel, 26 / 3:28

Zibil təmizlənməsinə görə mükafat: Avropa paytaxtında yeni təşəbbüs

21 Aprel, 26 / 2:40

Niyə bəzi insanlar yaşlandıqca daha mehriban, digərləri isə sərt olur?

21 Aprel, 26 / 1:19

Sakit Okeanın dibində 3 milyon illik gizli vulkan kəşf edildi

21 Aprel, 26 / 0:37

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

20 Aprel, 26 / 23:51

Vitaminlər haqqında doğru bildiyimiz YANLIŞLAR

20 Aprel, 26 / 23:44

“iPhone 18 Pro” bu rəngdə olacaq

20 Aprel, 26 / 23:37

​Arağın insana hansı faydası var?

20 Aprel, 26 / 23:18

Dörd BÜRC üçün şad xəbər: Yeni mərhələ başlayır…

20 Aprel, 26 / 23:01

İştahın azalmasına səbəb olan bitki

20 Aprel, 26 / 22:52
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.