Son dəqiqə
Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı Əhməd Şaraa xanımı ilə Antalyada Almaniya kanslerinin çıxışı tənqid olundu: “O, nəyi gizlədir?” Rusiya ABŞ-da keçiriləcək sammit üçün heyət yığır

Ziyafət Əsgərovdan Siyavuş Novruzova cavab: “Hərbçinin məntiqi də olmalıdır”

Cəmiyyət

Hərbi qulluqçular fundamental elmlərlə yanaşı, fəlsəfə, ədəbiyyat və dilçilik sahələrində də biliklərə malik olmalıdırlar.

Cagdas.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin plenar iclasında hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı bildirib.

Siyavuş Novruzovun magistratura, rezidentura və doktoranturada təhsil alan şəxslərlə bağlı təkliflərinə münasibət bildirən vitse-spiker humanitar elmlərin də hərbçilər üçün əhəmiyyətini vurğulayıb.

“Riyaziyyatdır, fizikadır, kimyadır – bunlar fundamental elmlərdir, məlum məsələdir. Amma hərbi qulluqçunun gözəl məntiqi də olmalıdır axı. Bu məntiq də fəlsəfədir, bunu fəlsəfə verir”, – deyə o qeyd edib.

Ziyafət Əsgərov komitə sədri olduğu dövrdə hərbi hissələrə səfərlərini xatırladıb:

“Orada ayrıca kitabxana var idi. Bizim əsgərlərimiz, zabitlərimiz orada həm bədii ədəbiyyat, həm fəlsəfə ədəbiyyatı, həm də dilçiliklə bağlı kitablar oxuyurdular. Niyə olmasın ki? Olsun!”

Vitse-spiker vurğulayıb ki, hərbi qulluqçular peşəkar biliklərlə yanaşı, geniş dünyagörüşünə də malik olmalıdırlar:

“Bizim bugünkü hərbi qulluqçumuz, zabitimiz, leytenantımız hərtərəfli olmalıdır”.