• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
35.2° Weather Columbus
$
1.7
€
1.9394
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

2026-cı ildən iş saatları dəyişə bilər – deputatın açıqlaması

27 Dekabr, 25 / 14:02
A A

“2026-cı ildən iş qrafiklərinin dəyişdirilməsinin təsdiqi və tətbiqini müşahidə edə bilərik”.

Cagdas.az xəbər verir ki, bu fikirləri oxu.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili parlamentdə səsləndirilən iş saatlarının dəyişdirilməsi ilə bağlı təklifə münasibət bildirərkən qeyd edib ki, Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün dövlət proqramında bu məsələ prioritet istiqamətlərdən biri kimi yer alıb:

“Dövlət proqramına əsasən, bu istiqamətdə təhlillərin aparılması və mexanizmin hazırlanması iş qrafiklərinin dəyişdirilməsinin təsdiqinə gətirib çıxara bilər. Növbəti ildən iş saatlarının dəyişdirilməsini müşahidə edə bilərik. Lakin burada sektoral yanaşma mövcuddur. Bəzi sahələrdə işin daha gec və ya daha tez başlaması birbaşa tələbatla bağlıdır. Təbii ki, vacib məqamlardan biri mexanizmin və iş qrafiklərinin düzgün hazırlanmasıdır. Bu addım nəqliyyat sıxlığının azalmasına səbəb ola bilər. Bununla belə, unutmaq olmaz ki, tıxaclar təkcə iş saatları ilə bağlı deyil. Onu da vurğulamaq lazımdır ki, iş saatlarının dəyişdirilməsi bəzi sektorlara tələbi artıra bilər. Bu isə həm sıxlığın azalmasına, həm də iş keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq. Sözügedən məsələ iqtisadi baxımdan səmərəlidir. İnkişaf etmiş ölkələrdə və bəzi Avropa İttifaqı (Aİ) dövlətlərində bu mexanizmdən istifadə olunur. Azərbaycanda da növbəti ildən onun təsdiqi və tətbiqi gözləniləndir”.

İqtisadçı ekspert Xalid Kərimli isə açıqlamasında bildirib ki, iş saatlarının dəyişdirilməsi ilə bağlı məsələ məcburi olmamalıdır.

Onun sözlərinə görə, iş qrafiklərinin sürüşdürülməsini əsasən dövlət sektorunda tətbiq etmək mümkündür:

“Bir çox müəssisələr bir-biri ilə əlaqəli fəaliyyət göstərdiyi üçün eyni saatlarda işləməyə maraqlıdır. Məsələn, bank işləmirsə, həmin vaxt köçürməni həyata keçirmək mümkün olmur. Banklar da həftənin beş günü fəaliyyət göstərir. Ümumilikdə isə sektorlara bu məsələdə sərbəstlik verilə bilər. Qrafiklə bağlı qərarı iş yeri özü verməlidir. Dövlət özəl sektora tələb qoymamalıdır. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, müəssisə işçini həftədə 5 iş günü ərzində 40 saatdan artıq işlədə bilməz. Düşünürəm ki, bu mexanizmi dövlət müəssisələrində tətbiq etmək olar. Lakin müxtəlif saatlarda işə başlamaq müəyyən çətinliklər yarada bilər. Buna görə də təşkilat rəhbəri strukturun xüsusiyyətlərinə uyğun olaraq iş saatlarını özü müəyyən etməli və təsdiqləməlidir. Hazırda özəl sektorda bu praktika mövcuddur. Bəzi müəssisələrdə iş həftənin birinci günü olmur və ya iş saatları günün ikinci yarısında başlayır. Dediyim kimi, bu proses könüllü əsasda həyata keçirilməlidir”.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda nazirlər üçün yaş məhdudiyyəti qoyula bilər – MÜHÜM TƏKLİF

İyul 1, 2026
Cəmiyyət

“İdrak” liseyində şagird müəllimi buna görə güllələyib – Təfərrüat

İyul 1, 2026
Cəmiyyət

Azərbaycanda ev cəriməsi GƏLİR?

İyul 1, 2026
Cəmiyyət

Nurlana Əliyeva vəfat etdi

İyul 1, 2026
Cəmiyyət

Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız

İyul 1, 2026
Cəmiyyət

VƏTƏNDAŞLARA VACİB XƏBƏR - İyulun 6-dan dəyişir...

İyul 1, 2026

XƏBƏR LENTİ

Vensdən xəbərdarlıq: ABŞ-İran müharibəsi yenidən başalaya bilər

01 İyul, 26 / 22:40

Azərbaycanda nazirlər üçün yaş məhdudiyyəti qoyula bilər – MÜHÜM TƏKLİF

01 İyul, 26 / 22:21

Avtomobil almaq istəyənlər üçün yeni fürsət: Maşınlar ucuzlaşdı

01 İyul, 26 / 22:04

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Qaydalar dəyişir

 

01 İyul, 26 / 21:50

Ebolaya yoluxanların sayı artır: Bu ölkələr təhlükə altındadır

01 İyul, 26 / 21:36

“İdrak” liseyində şagird müəllimi buna görə güllələyib – Təfərrüat

01 İyul, 26 / 21:21

Azərbaycanda ev cəriməsi GƏLİR?

01 İyul, 26 / 21:04

Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur

01 İyul, 26 / 20:51

Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər

01 İyul, 26 / 20:37

Nurlana Əliyeva vəfat etdi

01 İyul, 26 / 20:23
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.