• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
35.7° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“İdrak” liseyində şagird müəllimi buna görə güllələyib – Təfərrüat

01 İyul, 26 / 21:21
A A

Bakıda “İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ilə bağlı açılan cinayət işi əsasında məhkəmə istintaqı başlayıb.

Çağdaş.Az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Şəhla Kamilova də iştirak edib.

O, anket məlumatları dəqiqləşdirilən zaman “İdrak” liseyində riyaziyyat müəllimi işlədiyini deyib.

Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə bir neçə vəsatət verib. O müvəkkilinin yanında əyləşməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib.

Vəkilin növbəti vəsatəti prosesin qapalı olması ilə bağlı olub. O, vəsatəti media nümayəndələrinin verdiyi informasiyalarla əlaqələndirib.

Vəkil bildirib ki, mətbuatda iş barədə məlumat verilir və rəylərdə geniş müzakirə olunur. Müdafiəçi bildirib ki, ailənin bundan başqa iki övladı da var. Bu məlumatlar onlara da təsir edir. Tərəflər vəsatətə etiraz etməyib.

Məhkəmə hazırkı mərhələdə işin qapalı keçirilməsinə zərurət olmadığı qərarına gəlib.

Daha sonra prokuror ittiham aktını elan edib.

İttihama görə, müəllim Şəhla Kamilova şagirdə dərsi bilmədiyi üçün irad bildirib. Bu zaman şagird onun iradını özünə hörmətsizlik kimi qəbul edib. Daha sonra yeniyetmə Bakı şəhəri, Rəsulzadə qəsəbəsində evlərindən atası Samir Şirinov tərəfindən gizlədilən ov tüfəngini və patron darağını öz otağına aparıb. Patronu darağa yerləşdirib və çantasında gizlədib. O, tüfəngi gözətçinin çantalara baxmadığı üçün rahatlıqla liseyə keçirə bilib. Daha sonra odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllim Şəhla Kamilovanın olduğu otağa gətirərək atəş açdıqdan sonra oranı tərk edib.

Təqsirləndirilən özünü qismən təqsirli bilib. O, müəllimi öldürmək məqsədinin olmadığını deyib.

Növbəti iclas iyulun 24-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub./Report/

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda nazirlər üçün yaş məhdudiyyəti qoyula bilər – MÜHÜM TƏKLİF

İyul 1, 2026
Cəmiyyət

Azərbaycanda ev cəriməsi GƏLİR?

İyul 1, 2026
Cəmiyyət

Nurlana Əliyeva vəfat etdi

İyul 1, 2026
Cəmiyyət

Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız

İyul 1, 2026
Cəmiyyət

VƏTƏNDAŞLARA VACİB XƏBƏR - İyulun 6-dan dəyişir...

İyul 1, 2026
Cəmiyyət

ŞOK təhlükə: Azərbaycanda durmadan artır - Qarşısı alınmasa...

İyul 1, 2026

XƏBƏR LENTİ

Azərbaycanda nazirlər üçün yaş məhdudiyyəti qoyula bilər – MÜHÜM TƏKLİF

01 İyul, 26 / 22:21

Avtomobil almaq istəyənlər üçün yeni fürsət: Maşınlar ucuzlaşdı

01 İyul, 26 / 22:04

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Qaydalar dəyişir

 

01 İyul, 26 / 21:50

Ebolaya yoluxanların sayı artır: Bu ölkələr təhlükə altındadır

01 İyul, 26 / 21:36

“İdrak” liseyində şagird müəllimi buna görə güllələyib – Təfərrüat

01 İyul, 26 / 21:21

Azərbaycanda ev cəriməsi GƏLİR?

01 İyul, 26 / 21:04

Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur

01 İyul, 26 / 20:51

Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər

01 İyul, 26 / 20:37

Nurlana Əliyeva vəfat etdi

01 İyul, 26 / 20:23

Ermənistan bankları rublla əməliyyatları dayandırdı

01 İyul, 26 / 20:09
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.