Son dəqiqə
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız Avtobus və metroda gedişhaqqı dəyişə bilər – Sərnişinlərə ŞAD XƏBƏR Azərbaycanda ən çox gəlir əldə edən banklar – SİYAHI Azərbaycanın 4 güləşçisi dünya çempionatında mübarizəyə başlayır Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir XƏBƏRDARLIQ – Bu tarixlərdə ardıcıl yağış yağacaq Sürücülərin nəzərinə: dumanlı hava… Bu gün bürcləri nələr gözləyir? Günün qoroskopu açıqlandı Deputat: “Elə edək ki, fermer məhsulunu itirəndə, evini də itirmək qorxusu yaşamasın” AFFA klub rəhbərinə ağır cəza verdi

2026-cı ilin dövlət büdcəsi qəbul edildi

Cəmiyyət

Milli Məclis 2026-cı ilin dövlət büdcəsini qəbul edib.

Cagdas.az xəbər verir ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi parlamentin bugünkü plenar iclasında üçüncü oxunuşda qəbul olunub.

Məlumat üçün bildirək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38609,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur.

Dövlət büdcəsinin xərcləri isə 41703,6 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 296,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3990 milyon manat və yaxud 10,6 faiz çoxdur.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3094,6 milyon manat və ya ÜDM-in 2,3 faiz səviyyəsində proqnozlaşdırılır.

2026-cı il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3094,6 milyon manat məbləğində nəzərdə tutulur. Kəsirin ÜDM-də xüsusi çəkisi 2,3 faiz olmaqla cari ilin səviyyəsindədir.

Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və 2026-cı il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.(sfera.az)