Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Çindən ŞOK AÇIQLAMA: Kim Çen öldü – 9 min hərbçi yeridildi

Dünya

Şimali Koreya lideri Kim Çen İnin öldüyü, cəsədinin gizli şəkildə ölkəyə gətirildiyi və ölüm xəbərinin ictimaiyyətdən gizlədildiyi iddia olunur.

Çağdaş.Az xəbər verir ki, bu barədə Çin Demokratiya Partiyasının rəhbəri Vanqun Xie sosial şəbəkədə paylaşım edib.

Xie bildirib ki, Kim Çenin ölümü ilə bağlı yayılan şayiələr ölkədə hakimiyyətin varisliyi məsələsini gündəmə gətirə və ciddi siyasi böhrana səbəb ola bilər.

O, həmçinin Çin Kommunist Partiyasının Kim Çenin qızı Kim Cuenin hakimiyyətini möhkəmləndirməsinə dəstək vermək məqsədilə Pxenyana 9 min hərbçi göndərdiyinin iddia edildiyini yazıb.

Qeyd edək ki, Kim Cue siyasi analitiklər tərəfindən Şimali Koreya liderinin mümkün varisi kimi qiymətləndirilir.

Bununla belə, Xie-nin səsləndirdiyi iddialar rəsmi şəkildə təsdiqlənməyib. Şimali Koreya hakimiyyəti Kim Çen İnin səhhəti və ya ölümü ilə bağlı açıqlama verməyib.