• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9442
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

2100-cü ilə qədər bəşəriyyəti nə gözləyir? – Alimlərdən bədbin proqnoz

18 İyul, 26 / 23:43
A A
Alimlər XXI əsrin sonuna qədər Yer kürəsində həyatın necə dəyişə biləcəyi ilə bağlı proqnoz təqdim ediblər. Onların qiymətləndirməsinə görə, qlobal istiləşmə, genişmiqyaslı meşə yanğınları, ənənəvi heyvandarlığın azalması və gen texnologiyalarının inkişafı dünyanı əhəmiyyətli dərəcədə dəyişə bilər.

Cagdas.az xəbər verir ki, “Daily Mail” nəşrinin “Australian Journal of Botany” jurnalında dərc olunan araşdırmaya istinadən verdiyi məlumata görə, Sidneydəki Makkuori Universitetinin alimləri 2100-cü ilə qədər planetdə orta temperaturun sənayeləşmədən əvvəlki dövrlə müqayisədə təxminən 4 dərəcə Selsi artdığı ssenarini araşdırıblar.

Tədqiqat müəllifləri hesab edirlər ki, bu ssenari hazırda mümkün variantlardan biridir. Onların fikrincə, əsas nəticələrdən biri genişmiqyaslı meşə yanğınlarına səbəb ola biləcək ekstremal hava hadisələrinin sayının artması olacaq.

Bu isə ekosistemlərdə ciddi dəyişikliklərə gətirib çıxara və bir çox bitki və heyvan növlərinin mövcudluğunu təhlükə altına sala bilər.

Professor Mark Vestobinin sözlərinə görə, bəzi təbii ekosistemlər, xüsusilə tropik meşələr tez-tez baş verən güclü yanğınlar şəraitində mövcudluğunu davam etdirə bilməz. Temperaturun artması və iqlimin daha quraq olması ilə belə ekosistemləri qorumaq getdikcə çətinləşəcək.

“70 ildən sonra bir çox ekosistem əhəmiyyətli dərəcədə dəyişəcək”, deyə tədqiqatçılar bildiriblər.

Alimlər həmçinin ənənəvi heyvandarlığın azalacağını proqnozlaşdırırlar. Onların fikrincə, mal-qaranın sayı kəskin şəkildə azala və onun yerini laboratoriyalarda istehsal olunan ət və süd məhsulları ala bilər.

Qeyd olunur ki, bu texnologiyalar artıq tətbiq olunmağa başlayıb. Məsələn, yetişdirilmiş toyuq əti Sinqapur, ABŞ və İsraildə satış üçün icazə alıb. Bundan əlavə, bir sıra şirkətlər dəqiq fermentasiya texnologiyası vasitəsilə heyvanlardan istifadə etmədən süd zülalları istehsal edir.

Alimlər, həmçinin laboratoriyada yetişdirilən qəhvə və şokoladın yaradılması üzərində də çalışırlar.

Digər mümkün istiqamətlərdən biri gen redaktəsi texnologiyalarının geniş tətbiqi olacaq. Araşdırma müəlliflərinin fikrincə, gələcəkdə bu texnologiyalardan ekosistemlərə ciddi zərər vuran invaziv növlərə nəzarət etmək və ya onların yayılmasının qarşısını almaq üçün istifadə oluna bilər.

Belə layihələr artıq ağcaqanadlar, eləcə də bəzi siçan, siçovul və qurbağa növləri üzərində aparılır.

Araşdırma əsasən Avstraliyanın ekosistemlərinin gələcəyinə həsr olunsa da, alimlər müəyyən edilmiş tendensiyaların dünyanın bir çox regionları üçün aktual olduğunu bildiriblər.

Tədqiqatçılar qeyd edirlər ki, belə ssenaridən qaçmaq üçün gələcəkdə fosil yanacaqlardan istifadəni azaltmaq lazımdır. “Climate Analytics” təşkilatının məlumatına görə, qlobal istiləşməni 1,5 dərəcə Selsi həddində saxlamaq üçün bəşəriyyət 2035-ci ilə qədər fosil yanacaq istifadəsini iki dəfə azaltmalı, ən geci 2070-ci ilə qədər isə ondan tam imtina etməlidir.(qaynarinfo)

 

Bənzər Xəbərlər

Cəmiyyət

Öz ölkələrində 4 milyon, dünyada isə 40 milyondurlar

İyul 18, 2026
Cəmiyyət

İstanbulda ictimai nəqliyyat bahalaşdı – YENİ QİYMƏTLƏR

İyul 18, 2026
Cəmiyyət

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

İyul 18, 2026
Cəmiyyət

Bu temperaturda yüksək təzyiq xəstələri çölə çıxmamalıdır

İyul 18, 2026
Cəmiyyət

Odessada ölən gəmi kapitanının nəşi Bakıya yola salınıb

İyul 18, 2026
Cəmiyyət

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – VİDEO

İyul 18, 2026

XƏBƏR LENTİ

2100-cü ilə qədər bəşəriyyəti nə gözləyir? – Alimlərdən bədbin proqnoz

18 İyul, 26 / 23:43

Öz ölkələrində 4 milyon, dünyada isə 40 milyondurlar

18 İyul, 26 / 23:23

İstanbulda ictimai nəqliyyat bahalaşdı – YENİ QİYMƏTLƏR

18 İyul, 26 / 23:00

Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın

18 İyul, 26 / 22:37

“Qarabağ”ın ÇSKA ilə oyunlarını bu hakimlər idarə edəcək

18 İyul, 26 / 22:17

Mahir Emreli bu kluba keçir

18 İyul, 26 / 21:59

Bu temperaturda yüksək təzyiq xəstələri çölə çıxmamalıdır

18 İyul, 26 / 20:52

Həbsxanalara Nil timsahları gətirilir, ölkə ayağa qalxdı

18 İyul, 26 / 20:33

Odessada ölən gəmi kapitanının nəşi Bakıya yola salınıb

18 İyul, 26 / 20:14

Trampın sosial media paylaşımları pulla satılacaq

18 İyul, 26 / 19:55
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.