Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Türkiyə yığmasını 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra rəqib komandanın çıxışını yüksək qiymətləndirib. O, Türkiyənin ilk hissədə daha yaxşı oynadığını, Arda Gülərin isə yüksək səviyyəli futbolçu olduğunu bildirib.
Cagdas.az xəbər verir ki, UEFA Millətlər Liqasının A Liqasında keçirilən qarşılaşmadan sonra mətbuat konfransında danışan Zidan komandasının ilk hissədə istənilən səviyyədə çıxış etmədiyini deyib.
Fransalı mütəxəssis fasilədə futbolçularından oyuna daha fəal yanaşmağı tələb etdiyini bildirib: “Fasilədə oyunçularıma reaksiya göstərmələrini söylədim. İlk hissədən razı qalmadım. İkinci hissədə isə daha yaxşı oynadıq və lazımi reaksiyanı verdik”.
Zidan Türkiyə millisinin güclü və texnikalı futbolçulardan qurulduğunu vurğulayıb: “Türkiyə çox yaxşı və texnikalı komandadır. Topla yaxşı oynayırlar. Onların hamısı keyfiyyətli futbolçulardır. Arda Gülər çox yüksək səviyyəli oyunçudur. Türkiyə bu axşam ürəyi ilə oynadığını göstərdi və bizi çətin vəziyyətə saldı. İlk hissədə bizdən üstün idilər, ikinci hissədə isə biz daha yaxşı idik”.
Fransa millisinin kapitanı Kilian Mbappenin çıxışından da razı qaldığını deyən Zidan qapıçının onun zərbələrini dəf etdiyini qeyd edib.\referans media\


