• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9351
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

300 milyon dollarlıq ticarət - Ermənistandan nə alacağıq?

30 Aprel, 26 / 13:41
A A

Ötən gün Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev nümayəndə heyəti ilə birlikdə İrəvana səfər edib. Səfər zamanı Azərbaycan və Ermənistanın delimitasiya və demarkasiya üzrə işçi qruplarının görüşü keçirilib. Bundan əlavə Baş nazirin müavini erməni biznesmenlərlə görüş keçirib.

Məlumdur ki, Azərbaycan Ermənistana yükdaşımaların öz ərazisindən həyata keçirilməsinə icazə verməklə yanaşı, bu ölkəyə yanacaq məhsulları da satır.  Bundan əvvəl Ermənistan rəsmiləri Azərbaycanın bəzi erməni məhsullarının idxalına maraq göstərdiyini  bəyan etmişdilər.

Baş nazirin birinci müavinin erməni iş adamları ilə görüşündən sonra Azərbaycanın hansı erməni məhsullarına maraq göstərəcəyi xüsusi diqqət çəkir.

Çağdaş.Az-ın xəbərinə görə, Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, iqtisadi sahədə ən perspektivli sahə beynəlxalq yükdaşımalarla bağlıdır:

“Azərbaycan Ermənistana yanacaq məhsulları ixrac edir. Eyni zamanda Ermənistana daşınan yük daşımaları ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Elə bu faktor iki ölkə arasında iqtisadi əməkdaşlığın başlamasından xəbər verir. Təbii ki, Azərbaycan sülh gündəliyinə sadiq olaraq, bu istiqamətdə addımlar atır. Bu, eyni zamanda Azərbaycanın regionda sülh və əməkdaşlığa olan töhfəsidir. İqtisadi sahədə ən ciddi əməkdaşlıq sahəsi beynəlxalq yükdaşımalarla bağlıdır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, əslində Azərbaycan üzərindən Ermənistana daha çox yüklərin daşınmasına, hər iki ölkənin beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsinə gətirib çıxarır. Əslində, Zəngəzur dəhlizi bu istiqamətdə Ermənistan üçün də yeni imkanlar yaradır. TRIPP yolunun istifadəyə verilməsi regionda beynəlxalq yükdaşımaların istiqamətini və həcmini dəyişəcək. Orta Dəhlizin region üzrə imkanların genişlənməsinə gətirib çıxaracaq”.

Parlamentari vurğulayıb ki, iqtisadi sahədə digər mühüm istiqamət idxal və ixrac məsələləridir:

“Ermənistan və bizim qiymətləndirmələrimiz göstərir ki, ümumilikdə Ermənistanla Azərbaycan arasında təxminən 38 məhsul üzrə ticarətin qurulması mümkündür. İdxal və ixrac məhsullarına həm ərzaq, həm də qeyri-ərzaq məhsulları aiddir. Eyni zamanda sülh müqaviləsi bağlanarsa, Azərbaycanla Ermənistan tam iqtisadi əlaqələri bərpa edərsə, o zaman birinci mərhələdə illik olaraq 300 milyon dollarlıq ticarət dövriyyəsinin formalaşması mümkündür. Bu kontekstdən biz Ermənistanla ticarət dövriyyəsinin bərpası ilə bağlı müəyyən imkanların olduğunu görürük. Bunun üçün sülh müqaviləsinin bağlanması, münasibətlərin, iqtisadi əlaqələrin möhkəmlənməsi vacibdir”.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda dərmanlar niyə bahadır?

İyun 29, 2026
Cəmiyyət

Prezident fərman imzaladı

İyun 29, 2026
Cəmiyyət

İlham Əliyev Fərman imzaladı

İyun 29, 2026
Cəmiyyət

Sığorta genişləndirilir – Daha hansı dərmanlar pulsuz olacaq?

İyun 29, 2026
Cəmiyyət

İyunun 30-da Yer kürəsində güclü maqnit qasırğası gözlənilir

İyun 29, 2026
Cəmiyyət

Baş nazir qərar imzaladı

İyun 29, 2026

XƏBƏR LENTİ

Yayda hansı rəng geyimlərə üstünlük verilməlidir? – İstidən qorunmağın yolları

29 İyun, 26 / 23:53

Balıq yağı yaddaşı gücləndirmir – YENİ ARAŞDIRMA

29 İyun, 26 / 23:40

Yeni həftədə bu bürcləri sürprizlər gözləyir

29 İyun, 26 / 23:19

Xoruldayan kişilər həyat yoldaşlarının ömrünü qısaldır – ARAŞDIRMA

29 İyun, 26 / 23:06

Bakıda zibili hələ də düzgün atmırlar – Vətəndaşlara ÇAĞIRIŞ

29 İyun, 26 / 22:51

Eyfel qülləsini ildırım vurdu

29 İyun, 26 / 22:37

WhatsApp-da yeni gizli dövr — Hər kəsin gözlədiyi funksiya gəldi

29 İyun, 26 / 22:24

Bu il 800 milyon dollar qazanan azərbaycanlı iş adamı

29 İyun, 26 / 21:33

Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı – VİDEO

29 İyun, 26 / 21:19

Azərbaycan nazirlərinin ixtisasları: Kim haranı bitirib?

29 İyun, 26 / 21:05
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.