Son dəqiqə
Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı

Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat…

Cəmiyyət

Bakının Nizami rayonunda səkkiz köhnə binanın sökülməsi və sakinlərin köçürülməsi planlaşdırılır. Yenidənqurma çərçivəsində bəzi ərazilərdə yeni yaşayış binaları, digərlərində isə park və yaşıllıq sahələri salınacaq. Bu prosesdə sakinlərə ödəniləcək kompensasiyanın məbləği maraq doğurur.

Çağdaş.Az xəbər verir ki, globalinfo.az-a danışan əmlak eksperti Fərid Cəfərli deyib ki, şəhərin yenilənməsi vətəndaşın əmlakının iqtisadi dəyərini itirməsi hesabına həyata keçirilməməlidir:

“Yaşayış sahələri üçün hər kvadratmetrə 2000-2800 manat kompensasiya ehtimalı var. Lakin bu rəqəmlər təsdiqlənmiş, bütün sakinlərə şamil olunan rəsmi tarif deyil. Yekun məbləğ qiymətləndirmə və layihənin hüquqi mexanizmindən asılıdır. Əgər ərazi qanunvericilikdə nəzərdə tutulan dövlət ehtiyacları üçün alınırsa, bu zaman “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəaları tətbiq oluna bilər. Həmin qanuna əsasən əmlakın bazar qiyməti araşdırılmalı, müstəqil qiymətləndirici cəlb edilməli, əmlakın yerləşdiyi ərazi və bazar göstəriciləri nəzərə alınmalıdır. Eyni zamanda, köçürülmə nəticəsində yaranan zərər və əlavə xərclər qiymətləndirilməli, təsirə məruz qalan şəxslərə ədalətli kompensasiya ödənilməlidir”.

Ekspert bildirib ki, digər məqam özəl investor və tikinti şirkəti tərəfindən həyata keçirilən söküntüdür:

“Bu halda münasibətlər, bir qayda olaraq, mülkiyyət hüququ və tərəflər arasında bağlanan müqavilələr əsasında tənzimlənir. Praktikada sakinlərə bir neçə variant təklif olunur. Məsələn, sökülən mənzilin əvəzinə yeni binadan ev verilməsi, əmlaka bazar dəyərinə uyğun pul kompensasiyası ödənilməsi, tərəflərin razılığı əsasında başqa mənzillə əvəzləşdirmə və sair. Burada vacib məqam ondan ibarətdir ki, özəl investorun təklif etdiyi kompensasiya ilə dövlət ehtiyacları üçün alınma zamanı tətbiq olunan hüquqi mexanizmlər eyniləşdirilməməlidir. Kompensasiyanın hesablanmasında yalnız köhnə binanın fiziki vəziyyətinə istinad etmək düzgün yanaşma deyil. Əmlakın yerləşdiyi ərazi, nəqliyyat infrastrukturu, sosial obyektlərə yaxınlıq, torpağın potensialı və həmin ərazidə formalaşmış real daşınmaz əmlak qiymətləri nəzərə alınmalıdır”.

F.Cəfərli qeyd edib ki, dövlət və aidiyyəti qurumlar yalnız çıxarış əsasında yox, qanuni istifadə hüquqları, yaşayış şəraiti və sosial vəziyyət əsasında da məsələyə yanaşmalıdırlar:

“Əgər ərazidə yeni yaşayış binası tikiləcəksə, sakinlərə yeni binadan mənzil verilməsi daha məqsədəuyğun ola bilər. Lakin burada bir neçə şərt vacibdir. Yeni mənzilin sahəsi əvvəlkindən az olmamalı, təmir və təhvil vəziyyəti əvvəlcədən müqavilədə göstərilməli, tikinti müddətində kirayə haqqı ödənilməli, köçürülmə və daşınma xərcləri qarşılanmalıdır. Eyni zamanda, yeni mənzilin təhvil müddəti və gecikməyə görə məsuliyyət dəqiq müəyyən edilməlidir. Bəzi söküntü layihələrində əvvəlki mənzilin sahəsindən 20 faiz artıq yeni mənzil təklif edilməsi praktikası da müşahidə olunur. Lakin bu, bütün hallarda qanunla müəyyən edilmiş məcburi norma deyil, tərəflərin razılaşmasından asılı olan yanaşmadır.

Hesab edirəm ki, sakinlərə seçim imkanı yaradılması daha ədalətli yanaşmadır. Vətəndaş öz əmlakının əvəzinə yeni mənzil almaq və ya pul kompensasiyasına üstünlük vermək imkanına malik olmalıdır”.