Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir

Cəmiyyət

Abşeron rayonunun Masazır kəndini (“Zəngilan şəhərciyi” yaşayış kompleksi), metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrutun fəaliyyəti təkmilləşdirilir. Məqsəd bu marşrutdan istifadə edən “Zəngilan şəhərciyi” yaşayış kompleksinin sakinlərinin səfər müddətinin azaldılması, həmçinin “Yeni Bakı” və “Qurtuluş-93” yaşayış komplekslərinin sakinlərinin marşrut istiqamətinin müəyyən edilməsində çətinliklərin aradan qaldırılmasıdır.

Cagdas.az  xəbər verir ki, iyulun 18-dən sözügedən marşrut 525A və 525B nömrələri adı altında fəaliyyət göstərəcək.

Marşrutlar üzrə sərnişinlərə müasir, CNG texnologiyası ilə təchiz edilən 28 ədəd “King Long” markalı avtobus xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

525A nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi (“Yeni Bakı” yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun “Memar Əcəmi” stansiyası olacaq. Marşrut 6-7 dəqiqə hərəkət interval ilə fəaliyyət göstərəcək.

525B nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi (“Zəngilan şəhərciyi” yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun “Memar Əcəmi” stansiyası olacaq. Avtobuslar 10 dəqiqə intervalla hərəkət edəcək.

Eyni zamanda vətəndaşların Masazır kəndi daxilində “Yeni Bakı” yaşayış kompleksindən “Zəngilan şəhərciyi” yaşayış kompleksi istiqamətində gedişlərinin təmin edilməsi məqsədilə 524 nömrəli marşrut da fəaliyyət göstərəcək. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.(milli.az)