ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-yə məxsus enerji və neft hüquqlarını “qanunsuz şəkildə” ələ keçirdiyini iddia edərək, “Bunları geri istəyirik” deyib.
Cagdas.az bildirir ki, Tramp Joint Base Andrews hərbi hava bazasında jurnalistlərə verdiyi açıqlamada Vaşinqtonun Venesuelaya qarşı artan təzyiqləri ilə bağlı mövqeyini bölüşüb. O, Venesuelanın “etməməli olduğu addımları atmasına bundan sonra yol verilməyəcəyini” vurğulayıb.
ABŞ prezidentinin sözlərinə görə, Venesuela ölkəsinə məxsus bütün enerji hüquqları əlindən alınıb:
“Bütün enerji hüquqlarımızı mənimsədilər. Qısa müddət əvvəl isə neftimizi qanunsuz şəkildə ələ keçirdilər.”
Tramp Venesuelada fəaliyyət göstərən Amerika neft şirkətlərinin ölkədən çıxarıldığını da qeyd edib:
“Bizə məxsus olan neft hüquqlarını, sahib olduğumuz hər şeyi aldılar. Artıq bunu edə bilməyəcəklər. Biz bunları geri istəyirik.”
Qeyd edək ki, ABŞ prezidenti bir gün əvvəlki açıqlamasında sanksiyalara məruz qalan Venesuela mənşəli bütün neft tankerələrinin bloklanması barədə göstəriş verdiyini də bildirmişdi./Haber Global/


