• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.5° Weather Columbus
$
1.7
€
1.9362
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Zelenski 20 maddəlik sülh planını AÇIQLADI

24 Dekabr, 25 / 18:18
A A

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ilə ABŞ arasında Rusiyaya qarşı müharibənin dayandırılması məqsədilə üzərində işlənən 20 maddəlik çərçivə sülh planının əsas məqamlarını ilk dəfə ictimaiyyətə təqdim edib.

Cagdas.az-ın xəbərinə görə, Zelenski bildirib ki, sənəd hələ müzakirə mərhələsində olsa da, planın əsas hədəfi Ukraynanın təhlükəsizliyini təmin etmək, müharibəni dayandırmaq və uzunmüddətli sabitliyə nail olmaqdır.

Prezident tərəfindən açıqlanan 20 maddə aşağıdakılardır:

1. Ukraynanın suverenliyi yenidən təsdiqlənəcək.

2. Rusiya ilə Ukrayna arasında hücum etməmək barədə razılaşma imzalanacaq və bu razılaşmaya nəzarət mexanizmi yaradılacaq.

3. Ukrayna etibarlı və güclü təhlükəsizlik zəmanətləri alacaq.

4. Sülh şəraitində Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 800 min nəfərlə məhdudlaşdırılacaq.

5. ABŞ, NATO və Avropa ölkələri NATO-nun 5-ci maddəsinə bənzər qarşılıqlı müdafiə öhdəliklərini əhatə edən təhlükəsizlik təminatları verəcək.

6. Rusiyanın Avropa və Ukraynaya qarşı hücum etməmək siyasəti rəsmi sənədlərlə təsbit olunacaq.

7. Ukrayna müəyyən edilmiş tarixdə Avropa İttifaqına üzv olacaq və qısa müddətdə Avropa bazarına xüsusi güzəştlərlə çıxış əldə edəcək.

8. Ukrayna üçün genişmiqyaslı beynəlxalq inkişaf paketi hazırlanacaq.

9. Ölkənin bərpası məqsədilə Ukraynaya 800 milyard dollar həcmində maliyyə vəsaiti ayrılacaq.

10. Ukrayna ABŞ ilə azad ticarət sazişi üzrə danışıqları sürətləndirəcək.

11. Ukrayna Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə uyğun olaraq nüvə silahına malik olmayan dövlət statusunu qoruyacağını bir daha təsdiqləyəcək.

12. ABŞ Zaporojye Atom Elektrik Stansiyasının Rusiya, Ukrayna və ABŞ tərəfindən birgə idarə olunmasını və gəlirlərin bərabər bölüşdürülməsini təklif edir. Ukrayna Rusiyanın bu prosesdə iştirakına etiraz edir və məsələ ilə bağlı hələlik razılıq əldə olunmayıb.

13. Ukrayna və Rusiya təhsil sistemində və cəmiyyət səviyyəsində müxtəlif mədəniyyətlərə hörmət və tolerantlığı təşviq edən, irqçilik və ayrı-seçkiliyin aradan qaldırılmasına yönələn proqramların icrasını öhdələrinə götürəcək. Ukrayna dini dözümlülük və azlıqların dillərinin qorunması ilə bağlı Avropa İttifaqı normalarını tətbiq edəcək.

14. Razılaşma qüvvəyə mindiyi tarixdən etibarən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində mövcud cəbhə xətti boyunca atəşkəs elan ediləcək. Rusiya qoşunlarını Dnepropetrovsk, Nikolayev, Sumi və Xarkov vilayətlərindən çıxaracaq. Ukrayna Rusiya ordusunun Donbasdan tam çəkilməsində israr edir, ABŞ isə həmin ərazidə azad iqtisadi zona yaradılmasını təklif edir.

15. Gələcəkdə ərazi məsələləri üzrə razılıq əldə olunduqdan sonra tərəflər bu razılaşmaları güc tətbiq etməklə dəyişdirməmək öhdəliyi götürəcək.

16. Rusiya Ukraynanın Dnepr çayı və Qara dənizdən ticarət məqsədləri üçün istifadəsinə mane olmayacaq, Kinburn yarımadası isə hərbiləşdirilməyəcək.

17. Humanitar yardım komitəsi yaradılacaq, bütün qalan hərbi əsirlər “hamısı hamısına qarşı” prinsipi ilə dəyişdiriləcək. Uşaqlar da daxil olmaqla bütün mülki saxlanılan şəxslər və girovlar geri qaytarılacaq, münaqişədən zərər çəkənlərə kompensasiya mexanizmləri nəzərdə tutulacaq.

18. Ukrayna razılaşma imzalandıqdan sonra ən qısa müddətdə seçkilər keçirəcək.

19. Saziş hüquqi baxımdan məcburi qüvvəyə malik olacaq. Onun icrasına ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə yaradılacaq Sülh Şurası nəzarət edəcək. Bu mexanizmdə Ukrayna, Avropa ölkələri, NATO, Rusiya və ABŞ təmsil olunacaq. Razılaşmanın pozulması halında sanksiyalar tətbiq ediləcək.

20. Bütün tərəflər razılığa gəldikdən sonra atəşkəs dərhal qüvvəyə minəcək.

Bənzər Xəbərlər

Manşet

Azərbaycan daha bir konvensiyaya qoşuldu

İyun 30, 2026
Cəmiyyət

Milli Məclisin iclası keçirilir

İyun 30, 2026
Cəmiyyət

DTX son rəqəmləri açıqladı: 327 itkinin kimliyi müəyyən edildi

 

İyun 30, 2026
Dünya

“Putin Paşinyanı qəbul etmir”

İyun 30, 2026
Cəmiyyət

Bu müəllimlərin maaşı artırıldı – Nazir açıqladı

İyun 30, 2026
Dünya

Saatda beş ölüm: Bu şəhərlərin havası haqqında ŞOK hesabat

İyun 30, 2026

XƏBƏR LENTİ

Daha 6 itkin-şəhidin qalıqları ailələrinə təhvil veriləcək

30 İyun, 26 / 17:14

Ceyhun Bayramovla qazaxıstanlı həmkarı arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

30 İyun, 26 / 16:59

Bu yolda hərəkət qismən məhdudlaşdırılır – 5 gün

30 İyun, 26 / 16:45

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

30 İyun, 26 / 16:31

Sabahın havası AÇIQLANDI

30 İyun, 26 / 16:17

Qumar oyunları ilə bağlı cəzalar sətləşir

30 İyun, 26 / 16:03

Hesablama Palatasına yeni səlahiyyətlər verilir

30 İyun, 26 / 15:48

Türk dünyası Şuşada bir araya gəldi

30 İyun, 26 / 15:35

Kurikulum sistemi ləğv olunacaq? - Nazir AÇIQLADI

30 İyun, 26 / 15:23

Azərbaycan daha bir konvensiyaya qoşuldu

30 İyun, 26 / 15:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.