Türkiyənin xarici işlər naziri Hakan Fidan 2025-ci ildə, dekabrın 22-nə olan məlumata görə, 22-si Prezident Rəcəb Tayyib Ərdoğanın səfərlərini müşayiət etmək məqsədilə olmaqla, ümumilikdə 50 ölkəyə 73 xarici səfər edib.
Xarici İşlər Nazirliyi Hakan Fidanın 2025-ci il ərzində həyata keçirdiyi səfərlər və qatıldığı toplantılarla bağlı məlumatları ictimaiyyətə açıqlayıb.
Cagdas.az xəbər verir ki, Nazirlik mənbələrinin bildirdiyinə görə, Hakan Fidan bu il ərzində 50 fərqli ölkəyə səfər edib və bununla yanaşı, 10-u Prezident Ərdoğanla birlikdə olmaqla, xaricdə təşkil olunan 31 çoxtərəfli toplantıda iştirak edib.
Eyni dövrdə Hakan Fidan ikitərəfli görüşlər çərçivəsində 23 ölkənin xarici işlər nazirini Türkiyədə qəbul edib.
Bundan başqa, 2025-ci ildə Türkiyənin ev sahibliyi etdiyi tədbirlər çərçivəsində Hakan Fidan bir sıra ölkələrin xarici işlər nazirlərini qəbul edib. Belə ki, 4-cü Antalya Diplomatiya Forumu münasibətilə 49 ölkədən, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza üzrə Təmas Qrupu toplantısı çərçivəsində 7 ölkədən, NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısı münasibətilə 26 ölkədən, İƏT-in 51-ci Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində 39 ölkədən, Balkan Sülh Platforması çərçivəsində 4 ölkədən və Qəzza mövzusunda nazirlər toplantısı münasibətilə daha 4 ölkədən olan həmkarlarını Türkiyədə qonaq edib.
Nazir Hakan Fidan 2025-ci il ərzində həm ölkə daxilində, həm də xaricdə 89 ölkənin xarici işlər naziri ilə ümumilikdə 240 ikitərəfli görüş keçirib.


