ABŞ-ın texnologiya nəhəngi Google Rusiyanın internet provayderlərinə məktub göndərərək Dell R720 modellı keş serverlərini çıxarmağı planlaşdırdığını bildirib.
Cagdas.az bildirir ki, bu barədə RBC xəbər agentliyi bir neçə provayder mənbəsinə istinadla xəbər yayıb.
Məsələ Google Global Cache sistemində istifadə olunan və istifadəçilərə məzmunu daha sürətli çatdırmaq üçün nəzərdə tutulmuş serverlərlə bağlıdır. ABŞ şirkəti bu serverləri 2022-ci ildən etibarən dünya üzrə, o cümlədən Rusiyada rabitə operatorları ilə quraşdırıb. Serverlər YouTube videoları, xəritələr, Android proqram yeniləmələri, Chrome brauzer yeniləmələri və Google axtarışındakı ən çox tələb olunan məzmunu saxlayır.
RBC mənbəsinin məlumatına görə, Google provayderlərdən serverləri raflardan çıxarmağı, yığıb təhvil vermək üçün ünvan bildirməyi tələb edib. Avropada yerləşən MPK Asset Solutions şirkəti, IT avadanlıqlarının ömrünün idarə olunması üzrə ixtisaslaşmışdır və Google-dan bu avadanlıqların çıxarılmasını həyata keçirir. Şirkət serverlərin satın alınması, satışı, sökülməsi və məlumatların məhv edilməsini idarə edir.
Məktubda bildirilir ki, Dell R720 modellərinin istehsalı dayandırılıb və onların çıxarılmasına 2026-cı ilin yanvarın 26-dan başlanacaq.















