Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sənaye məhsulu istehsalı artıb

Cəmiyyət

Sənaye sektorunda 2026-cı ilin yanvar-iyul aylarında 38,9 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz çox sənaye məhsulu istehsal edilib.

Cagdas.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Emal sənayesində 2026-cı ilin yanvar-iyul aylarında 12.943,8 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,7 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Bu ilin 7 ayında emal sənayesində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+88,4%), əczaçılıq məhsullarının istehsalı (+53,9%), toxuculuq sənayesi (+35,9%), tütün məmulatlarının istehsalı (+18,4%), kağız və karton istehsalı (+12,5%), qida məhsullarının istehsalı (+9,6%), metallurgiya sənayesi (+9,5%), maşın və avadanlıqların quraşdırılması və təmiri işləri (+8,5%), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+8,3%), elektrik avadanlıqlarının istehsalı (+7,6%), tikinti materiallarının istehsalı (+7,3%) sahələrində olub.(metbuat.az)