Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu içki qaraciyəri yormur – Əksinə, QORUYURMUŞ

Cəmiyyət

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir.

Cagdas.az  bu barədə Medipol Sağlamlıq Qrupuna istinadən xəbər verir.⁠

Türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birində qaraciyər yağlanması müşahidə olunur. Qaraciyər yağlanması nəzarətsiz qaldıqda metabolik sindrom, diabet, sirroz və qaraciyər xərçəngi kimi ciddi xəstəliklərə yol aça bilər.

Mütəxəssisin qeyd etdiyi araşdırmalara əsasən, gündə 3-4 fincan qəhvə qəbul edən insanlarda qaraciyər fermentləri olan AST, ALT və GGT göstəricilərinin aşağı düşdüyü, qaraciyər sərtliyinin azaldığı, sirroz və qaraciyər xərçəngi riskinin isə aşağı düşə bildiyi müşahidə olunub.

Qəhvənin bu təsirində antioksidant xüsusiyyətləri və qaraciyərdə detoksifikasiya proseslərində iştirak edən fermentlərə təsiri rol oynaya bilər.

Qəhvənin tərkibində kofeinlə yanaşı kafestol, kahveol və xlorogen turşu kimi çoxsaylı maddələr var. Mütəxəssis xlorogen turşunun antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğunu bildirir.

Məlumata görə, qəhvənin tərkibində B qrup vitaminləri, kalium, maqnezium, manqan və sink kimi müxtəlif vitamin və minerallar da mövcuddur.

Mütəxəssis qəhvənin faydasının miqdarından asılı olduğunu vurğulayır. Avropa və ABŞ qida qaydalarında sağlam yetkinlər üçün gündəlik kofein qəbulunun 400 mq-dan çox olmaması tövsiyə edilir.

Həddindən artıq kofein qəbulu ürəkdöyünmə, təzyiq yüksəlməsi, əllərdə titrəmə, baş ağrısı, narahatlıq, əsəbilik və mədə ağrısına səbəb ola bilər. Axşam saatlarında qəhvə içmək isə yuxu problemləri yarada bilər.

Mənbədə həmçinin gündə 2-3 fincan qəhvənin Parkinson və Alzheimer xəstəliklərinə qarşı qoruyucu təsir göstərə biləcəyinə dair araşdırmaların olduğu qeyd edilir.(referans media)