Suriya sahil bölgələri Laziqiye və Tartusda etirazlar baş verib.
Cagdas.az bildirir ki, Suriya TV-nin xəbərinə görə, nümayişlər Suriya Ali Əlevi İslami Şurasının rəhbəri Şeyx Qazal Qazalın çağırışı ilə təşkil olunub. Etirazçılar arasında silahlı şəxslərin olduğu, havaya və yeni hakimiyyətə loyal hüquq-mühafizəçilərə atəş açıldığı bildirilir.
Suriya kanalı Al-İxbaria ilə müsahibədə bəzi etirazçılar əvvəlki dövrdə yeni hakimiyyət tərəfindən həbs edilmiş fəalların buraxılmasını tələb etdiklərini bildiriblər.
25-26 noyabr tarixlərində Aralıq dənizi sahilində yerləşən qərb Suriya vilayətlərində etiraz dalğası baş qaldırıb. Nümayiş iştirakçıları Şeyx Qazal Qazalın Suriya üçün mərkəzləşmiş olmayan və muxtar idarəçilik çağırışını dəstəkləyərək həbs edilmiş fəalların buraxılmasını tələb ediblər. Laziqiye, Tartus və Hama vilayətinin bir neçə şəhərində böyük nümayişlər keçirilib, bəzi bölgələrdə polis və etirazçılar arasında toqquşmalar baş verib və hər iki tərəfdə itkilər olub.


