Son dəqiqə

Trump və Putin telefonda danışdı

Dünya

ABŞ Prezidenti Donald Trump və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı həyata keçiriblər.

Cagdas.az xəbər verir ki, Trump sosial media hesabında görüş barədə paylaşım edərək bildirib:

“Bu gün saat 13:00-da Ukrayna Prezidenti Zelenski ilə görüşüm öncəsi Rusiya Prezidenti Putin ilə çox məhsuldar telefon danışığı apardım. Danışıq Mar-a-Lago’dakı əsas yemək zalında baş tutacaq. Mətbuat nümayəndələri dəvətlidir. Bu mövzuya göstərdiyiniz marağa görə təşəkkür edirəm!”