Kreml ABŞ Prezidenti Donald Trampın Ukraynada sülhün xeyli yaxınlaşdığı və prosesin artıq son mərhələyə çatdığı ilə bağlı qiymətləndirməsi ilə razılaşdıqlarını bəyan edib.
Cagdas.az-ın xəbərinə görə, Kremlin yaydığı açıqlamada bildirilib ki, Donald Trampın müharibənin bitməsinə dair nikbin mövqeyi Moskva tərəfindən də bölüşülür.
Eyni zamanda vurğulanıb ki, yaxın vaxtlarda ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının baş tutması ehtimalı var.
Açıqlamada Ukraynanın Donbas bölgəsində qalan hərbçilərini geri çəkməli olduğu qeyd olunub. Bildirilib ki, Trampın Ukraynanın artıq ərazi itirdiyi və daha çox torpaq itirə biləcəyi ilə bağlı səsləndirdiyi fikirləri xatırlamaq vacibdir.


