Kolumbiya Prezidenti Qustavo Petro Venesuelada baş verən son hadisələrlə bağlı BMT və Amerika Dövlətləri Təşkilatını (ADT) təcili iclas keçirməyə çağırıb.
Cagdas.az xəbər verir ki, Prezidentin sözlərinə görə, Karakas raket zərbələrinə məruz qalır və bu, Venesuelaya qarşı açıq hərbi hücumdur. O bildirib ki, Kolumbiya artıq BMT Təhlükəsizlik Şurasının üzvüdür və mövcud vəziyyətin beynəlxalq hüquq baxımından qiymətləndirilməsi üçün dərhal iclas təşəbbüsü irəli sürməlidir.
Xarici KİV-lərin məlumatına əsasən, Venesuela silahlı qüvvələri prezident iqamətgahının ətrafına zirehli texnika yerləşdirib. Hücumlar nəticəsində müdafiə nazirinin evi, paytaxt limanı və İquerote mülki hava limanı atəşə tutulub.
Məlumata görə, Karakasda azı yeddi partlayış qeydə alınıb.


