• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.1° Weather Columbus
$
1.7
€
1.9362
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İdman

“Qurban Qurbanovun ona şans verməsi doğru deyil” – Yolları ayıracaqlar

13 Yanvar, 26 / 19:17
A A

“Qarabağ”ın “Neftçi”(Fərqanə) ilə görüşdə istəkli olmağı gözə çarpırdı. Futbolçular qış fasiləsinə az qalmış nə qədər yorğun, istəksiz görünürdülərsə, Fərqanə klubu ilə matçda tam əksi – çox istəkli, enerjili görünürdülər. Bu matçda mənim üçün daha bir diqqətçəkən məqam Ramil Şeydayevlə bağlıdır. Şeydayev artıq birəbirdə rəqib də keçə bilmir”.

Cagdas.az xəbər verir ki, bu sözləri tanınmış idman jurnalisti Mirbağırağa Cəfərli bildirib.

Onun sözlərinə görə, futbolçu əvvəl heç olmasa, sürət və iri addımları hesabına alındırırdı, rəqibi keçirdi, indi onu da edə bilmir: “Onsuz da, 3-cü dəfə onu “Qarabağ”a gətirmək məntiqsiz idi. Məncə, Şeydayevə şans verməkdənsə, 16-18 yaşlı uşaqlara şans vermək, təcrübə qazanmasına imkan yaratmaq daha yaxşıdır. Çünki Şeydayev heç Premyer Liqa matçlarında performans göstərə bilmir, bilməyəcək də”.

Jurnalistin fikrincə, Qurban Qurbanovun Ramil Şeydayevə bu dəfə şans verməsi doğru deyil.

“Yəqin ki, mövsümün sonunda onunla yolları ayıracaqlar. Artıq milli komandaya da dəvət edilməyən Ramil həqiqətən meydanda çox yorğun, çox həvəssiz, inamsız görünür. Kristian Kuakunu da bu siyahıya əlavə etmək olar. Şeydayev və Kuaku transferini “Qarabağ”ın yaydakı uğursuz transferləri adlandırmaq olar. Vaxtı ilə Julio Romao da bəlkə bu cür görünürdü, amma o, ən azından meydanda olanda keyfiyyətini hiss etdirirdi, zamanla daha yaxşı olacağına inandırırdı. Kuaku isə o deyil, məncə “Qarabağ” bu futbolçunun əsl keyfiyyəti üçün çoxdur. Premyer Liqamızdakı daha aşağı pillələrdə olan klublarda bəlkə alındırar”, – deyə o söyləyib.

Xatırladaq ki, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” Özbəkistanın “Neftçi” (Fərqanə) komandası ilə qarşılaşıb.

Matç “Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin qollarını 3-cü və 29-cu dəqiqələrdə Marko Yankoviç, 8-ci dəqiqədə Andrade, 10-cu dəqiqədə Joni Montiel və 71-ci dəqiqədə Nəriman Axundzadə vurub.

Bundan əlavə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qış transfer planları ilə bağlı danışıb. O, jurnalistlərə müsahibəsində qeyd edib ki, hazırda uğurlu transfer danışıqları aparılır:

“Mənim də elə qarşıya qoyduğum bir neçə vacib, həyata keçiriləsi işlərdən biri transfer məsələsidir. Çox istərdim ki, bir neçə transfer edək. Danışıqlar, axtarışlar gedir. Hardasa uğurlu olan danışıqlar da var. Qarşıdakı günlərdə yenə də bu mövzuya qayıdarıq”.(ölkə.az)

Bənzər Xəbərlər

İdman

DÇ-2026: pley-off mərhələsinə yüksələn komandalar – Siyahı

 

İyun 28, 2026
İdman

Fiziyevin nokautla qələbəyə görə qazandığı məbləğ bəlli oldu

İyun 28, 2026
İdman

DÇ-2026: Messinin qol vurduğu matçda Argentina İordaniyanı məğlub edib

İyun 28, 2026
İdman

Bu gün UFC Fight Night Baku keçiriləcək

İyun 27, 2026
İdman

Braziliya Vinisiusa görə FIFA-ya etiraz etdi

İyun 26, 2026
İdman

“DÇ-2026″da pley-off mərhələsinə vəsiqə qazanan 19 komanda müəyyənləşdi

İyun 26, 2026

XƏBƏR LENTİ

Həkim 50 yaşdan sonra ana olanlar barədə: “Tövsiyə olunan hal deyil, çünki…”

30 İyun, 26 / 10:37

Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?

30 İyun, 26 / 10:24

Aİ 92 ilə bağlı ŞOK - Cəmi 1 manat 90 qəpiyə...

30 İyun, 26 / 10:10

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

30 İyun, 26 / 9:56

Pensiyanı birdəfəlik almaq mümkün olacaq? - Vacib detallar AÇIQLANDI

30 İyun, 26 / 9:42

Hesablama Platasında iclas: Auditlə bağlı yeni qərarlar AÇIQLANDI

30 İyun, 26 / 9:28

Qarşıdakı üç il üçün konkret Yol xəritəsi müəyyən olunub - Mehriban Əliyeva

30 İyun, 26 / 9:14

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

30 İyun, 26 / 9:01

Mehriban Əliyevadan önəmli ÇAĞIRIŞ

30 İyun, 26 / 8:42

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi - FOTO

30 İyun, 26 / 8:11
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.