Son dəqiqə
Sertifikatlaşmadan keçməyən müəllimlər köməkçi təyin edilsin! – TƏKLİF İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etdi Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb Yağıntılı hava nə vaxtadək davam edəcək? Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər – Səbəb Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar? Antibiotikin yeni zərəri üzə çıxdı – XƏBƏRDARLIQ AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır Paşinyan deputatı məhkəməyə verdi – 6 milyon təzminat istəyir
Reklam
Reklam

Qarşıdakı üç il üçün konkret Yol xəritəsi müəyyən olunub – Mehriban Əliyeva

İqtisadiyyat

Cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilmişdir və verilən tapşırıqlara əsasən, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənmişdir.

Çağdaş.Az xəbər verir ki, bunu Birinci vitse-prezidenti Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının ilk iclasında deyib.

Birinci vitse-prezident vurğulayıb ki, qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunmuşdur. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır.