• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9359
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Aİ-dən ABŞ-a xəbərdarlıq: “Yol ayrımına gəldik”

21 Yanvar, 26 / 18:04
A A

Avropa Komissiyasının sədri Ursula Fon Der Lyayen ABŞ-la münasibətlərdə kritik mərhələyə gəldiklərini bildirərək qeyd edib ki, Avropa dialoq və kompromisə üstünlük verir, lakin zərurət yaranarsa birlik, çeviklik və qətiyyətlə hərəkət etməyə tam hazırdır.

Cagdas.az bildirir ki, Fon Der Lyayen və Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Strasburqda keçirilən Avropa Parlamentinin plenar iclasında ABŞ-ın Qrenlandiya ilə bağlı əlavə gömrük rüsumları tətbiq etməyə hazırlaşmasını dəyərləndiriblər.

Avropanın təhlükəsizliyi və Arktik bölgədə baş verən proseslərin əhəmiyyətinə diqqət çəkən Fon Der Lyayen bildirib ki, Qrenlandiya təkcə dünya xəritəsində strateji mövqedə yerləşən bir ərazi deyil, eyni zamanda kritik xammal ehtiyatları ilə zəngin və inkişaf etməkdə olan qlobal dəniz yolları baxımından mühüm nöqtədir.

O vurğulayıb ki, Qrenlandiya azad və suveren xalqa məxsusdur və adanın gələcəyi ilə bağlı qərarları yalnız Qrenlandiya xalqı özü verə bilər.

Fon Der Lyayen qeyd edib ki, Arktik bölgənin təhlükəsizliyinin təmin olunması məsələsində ABŞ-la ortaq mövqedədirlər və bu istiqamətdə, xüsusilə NATO çərçivəsində, sıx əməkdaşlıq edirlər. Bununla belə, təhlükəsizlik arqumenti ilə əlavə gömrük rüsumları ilə hədələmənin yanlış olduğunu bildirib: onun sözlərinə görə, müttəfiqlər arasında belə təhlükəli gərginlik spiralının yaranması yalnız qarşı tərəfləri cəsarətləndirə bilər.

O, AB liderlərinin sabah Brüsseldə bu mövzunu və mümkün cavab addımlarını müzakirə etmək üçün bir araya gələcəyini xatırladaraq belə deyib: “Biz yol ayrıcındayıq. Avropa dialoq və həlli seçir, amma lazım gələrsə birlik və qətiyyətlə hərəkət etməyə də hazırdır.”

“Əlavə gömrük rüsumları transatlantik münasibətlərə zərər vurur”

Avropa İttifaqı Şurasının sədri Antonio Koşta isə bildirib ki, Avropanın üzləşdiyi geosiyasi çağırışlar getdikcə daha mürəkkəb xarakter alır. Onun sözlərinə görə, əsas risklər sırasında Rusiyanın Ukraynaya qarşı apardığı müharibə, beynəlxalq hüquqa əsaslanan nizamın zəifləməsi və əsas ittifaqların sual altına düşməsi var.

Koşta vurğulayıb ki, Avropa bu prosesdən daha güclü, daha dayanıqlı və daha suveren şəkildə çıxacaq. Bunun üçün isə üç əsas dayağa ehtiyac var: “prinsiplər Avropası”, “təhlükəsizlik Avropası” və “rifah Avropası”.

O bildirib ki, Avropa beynəlxalq hüquq, ərazi bütövlüyü və milli suverenlik prinsipləri ətrafında birləşib və Danimarka Krallığı ilə Qrenlandiyaya tam dəstək göstərir. Koştanın sözlərinə görə, Danimarka və Qrenlandiyanın gələcəyinə yalnız həmin tərəflər qərar verə bilər.

Arktik bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının, xüsusilə NATO çərçivəsində, ABŞ və Avropa üçün ortaq maraq daşıdığını qeyd edən Koşta əlavə edib ki, əlavə gömrük tarifləri transatlantik münasibətləri zədələyir və AB–ABŞ razılaşmaları ilə uyğun gəlmir.

Koşta vurğulayıb ki, Avropa hər cür təzyiq və məcburiyyətə qarşı özünü, üzv dövlətlərini, vətəndaşlarını və şirkətlərini qorumağa hazırdır, eyni zamanda ABŞ-la ortaq maraqlar çərçivəsində konstruktiv əməkdaşlığı davam etdirmək istəyir.

“Beynəlxalq hüququn pozulmasına heç yerdə göz yuma bilmərik”

Antonio Koşta güclünün hüququnun zəifin haqqını üstələməsini qəbul etmədiklərini bildirərək vurğulayıb ki, beynəlxalq qaydalar seçmə xarakter daşımır və ittifaqlar yalnız alver predmetinə çevrilə bilməz. Onun sözlərinə görə, beynəlxalq hüququn pozulmasına Ukraynada, Qrenlandiyada, Latın Amerikasında, Afrikada və ya Qəzzada – harada baş verməsindən asılı olmayaraq – yol vermək olmaz.

Koşta həmçinin insan hüquqlarının pozulmasını da qəbuledilməz adlandıraraq, belə dövrlərdə prinsiplərin daha da önəm qazandığını bildirib.

Bənzər Xəbərlər

Central Intelligence Agency (CIA) Director John Ratcliffe speaks during a press conference with U.S. President Donald Trump (not pictured) in the James S. Brady Press Briefing Room at the White House in Washington, D.C., U.S., April 6, 2026. REUTERS/Evan Vucci
Dünya

ABŞ kəşfiyyatından qorxudan AÇIQLAMA: Süni intellekt nüvə silahı qədər təhlükəlidir

İyul 2, 2026
Dünya

Rusiya neftindən tam imtina edirlər

İyul 2, 2026
Dünya

Kremldən Avropaya sərt xəbərdarlıq: "Bunu görməməzlikdən gələ bilmərik"

İyul 2, 2026
Dünya

Tokayev investorlara çağırış etdi: Qazaxıstan kritik minerallar və AI dövrünə hazırdır

İyul 2, 2026
Dünya

Xamenei burada dəfn olunacaq - VİDEO

İyul 2, 2026
Dünya

İran-ABŞ danışıqlarının növbəti mərhələsi iyulun 18-də başlayacaq

İyul 2, 2026

XƏBƏR LENTİ

Central Intelligence Agency (CIA) Director John Ratcliffe speaks during a press conference with U.S. President Donald Trump (not pictured) in the James S. Brady Press Briefing Room at the White House in Washington, D.C., U.S., April 6, 2026. REUTERS/Evan Vucci

ABŞ kəşfiyyatından qorxudan AÇIQLAMA: Süni intellekt nüvə silahı qədər təhlükəlidir

02 İyul, 26 / 22:07

Türkiyənin müdafiə sənayesi ixracı rekord həddə çatıb

02 İyul, 26 / 21:56

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

02 İyul, 26 / 21:39

Rusiya neftindən tam imtina edirlər

02 İyul, 26 / 21:27

Günəşin son 10 ildə atdığı ən böyük “bomba” – Bu tarixdə Yerə çatacaq

02 İyul, 26 / 21:12

Kremldən Avropaya sərt xəbərdarlıq: "Bunu görməməzlikdən gələ bilmərik"

02 İyul, 26 / 20:54

Enerji sektorunda inqilab: Çin süni intellektlə istehsalı dəyişir

02 İyul, 26 / 20:39

Tokayev investorlara çağırış etdi: Qazaxıstan kritik minerallar və AI dövrünə hazırdır

02 İyul, 26 / 20:22

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur

02 İyul, 26 / 20:05

Azərbaycana gələn turistlərin xərcləri 281 milyon manata yaxın azalıb

02 İyul, 26 / 19:47
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.