Son dəqiqə
Putin: Rusiya ilə Çin arasında münasibətlər tarixdə görünməmiş yüksək səviyyədədir Xəyal dünyasında yaşayan 3 bürc: Ayaqları yerə dəymir Arıqlama dərmanı xərçəng riskini artırır? – Alimlərdən açıqlama “Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi – GÖRÜNTÜ ASELSAN Naxçıvanda zavod açacaq Oktyabrın ilk günlərində temperatur 5-8 dərəcə enəcək Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalandı Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı Bəzi hərbi qulluqçuların məzuniyyət və müalicə ödənişləri dəyişir Bakıda sərçələr niyə əvvəlki kimi görünmür?
Reklam
Reklam

Paşinyan: Ermənistan və Azərbaycanın enerji sistemləri TRIPP çərçivəsində birləşdiriləcək

Dünya

Ermənistan və Azərbaycanın enerji sistemləri “Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində birləşdiriləcək və bərabər şərtlərlə ixrac-idxal əməliyyatları üçün mümkün şəraitdən qarşılıqlı fayda əldə edəcək.

Cagdas.az-ın məlumatına görə, “Report.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

O, Ermənistanın artıq qarşılıqlı faydanın bir hissəsini əldə etdiyini, benzinin 20 % ucuzlaşdığını söyləyib.

“Ermənistana buğda idxal edirlər, bu qarşılıqlı fayda deyilmi? Hazırda Azərbaycanda bunu izləyirlər, amma Ermənistan parlamentində kimsə qarşılıqlı faydanın bir hissəsinin artıq əldə edildiyini görəcəkmi”, – o qeyd edib.

Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında hərbi eskalasiya praktiki qeyri-mümkün hesab olunur.

“Bu gün, 21 yanvar 2026-cı il tarixinə olan vəziyyətə görə, Ermənistan-Azərbaycan sərhədi boyunca tam sülh hökm sürür”, – o, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinə istinadla bildirib.