Son dəqiqə

ABŞ blokadasına baxmayaraq, Meksikadan Kubaya neft dəstəyi

Dünya

Meksika Prezidenti Klaudia Şeynbaum ABŞ-ın uzun illərdir blokada tətbiq etdiyi Kübaya neft tədarükünün davam etdiriləcəyini açıqlayıb.

Cagdas.az xəbər verir ki, Şeynbaum Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında çıxış edərək, ABŞ sanksiyaları altında olan və Venesueladan enerji tədarükü dayandırılan Kubaya dəstək verdiklərini bildirib.

O qeyd edib ki, Meksika Kubaya həm neft, həm də humanitar yardım sahəsində hər zaman kömək göstərməyə hazırdır. Prezidentin sözlərinə görə, Meksika Kubada daha yaxşı şəraitin yaranmasına töhfə verə bilirsə, bu istiqamətdə addım atmaqdan çəkinməyəcək. Şeynbaum vurğulayıb ki, bu dəstək ağır şərtlər altında yaşayan Kuba xalqı ilə qurulan həmrəylik münasibətinin ifadəsidir.

Meksika lideri ölkəsinin xarici siyasətinin qardaşlıq və həmrəylik prinsiplərinə əsaslandığını xatırladaraq bildirib ki, Kubaya göndərilən neft miqdarı ölkə iqtisadiyyatına zərər vuracaq səviyyədə deyil. Onun sözlərinə görə, bu, ümumi istehsalın çox kiçik bir hissəsidir və sırf solidar məqsədi daşıyır.

Bu arada Meksikadan yola çıxan, təxminən 86 min barel yanacaq daşıyan tanker Kuba paytaxtı Havana körfəzinə çatıb./Haberglobal/