ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) rəsmən çıxıb və geridə böyük borc qoyub.
ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxma prosesini rəsmi şəkildə başa çatdırıb. Bu qərarla Vaşinqton təşkilata təxminən 260 milyon ABŞ dolları məbləğində ödənilməmiş borc buraxıb.
Cagdas.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, ÜST-yə ayrılan bütün maliyyə vəsaitləri dayandırılıb, təşkilatla əməkdaşlıq edən amerikalı mütəxəssislər isə həm regional ofislərdən, həm də qurumun mərkəzi qərargahından geri çağırılıb.
Bildirilir ki, ÜST ABŞ-ın ödənilməmiş borcu ilə bağlı hüquqi addımları may ayında keçiriləcək Ümumdünya Səhiyyə Assambleyasının iclasında müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, 2025-ci il yanvarın 20-də ABŞ Prezidenti Donald Tramp ölkənin ÜST-dən çıxması ilə bağlı sərəncam imzalayıb. Tramp bu qərarı əsaslandırarkən bildirib ki, ABŞ-ın təşkilata verdiyi maliyyə töhfəsi digər ölkələrlə müqayisədə həddindən artıq yüksəkdir.


