Son dəqiqə

AB-dən tarixi qərar: Rus qazı 2027-də bitir

Dünya

AB ölkələri Rusiyadan qaz idxalına qadağa planını təsdiqləyib.

Cagdas.az xəbər verir ki, Avropa İttifaqı ölkələri Rusiyadan təbii qaz idxalının 2027-ci ilin sonunadək mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan planı rəsmi olaraq təsdiqləyib. Beləliklə, Rusiyanın 2022-ci ildə Ukraynaya hərbi müdaxiləsindən sonra gündəmə gələn bu qərar hüquqi qüvvə alıb.

Qərar Brüsseldə keçirilən nazirlər toplantısında qəbul edilib. Slovakiya və Macarıstan sənədin əleyhinə səs verib. Macarıstan tərəfi qərarı Avropa Ədalət Məhkəməsinə çıxaracağını bəyan edib.

Qanun gücləndirilmiş səs çoxluğu mexanizmi hesabına qəbul olunub. Qeyd edək ki, həm Macarıstan, həm də Slovakiya hələ də Rusiya enerjisindən ciddi dərəcədə asılı ölkələr sırasındadır.

Qəbul edilən qərara əsasən, 1 yanvar 2027-ci ildən Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG), 30 sentyabr 2027-ci ildən isə boru kəmərləri vasitəsilə qaz idxalının tam dayandırılması nəzərdə tutulur.