Son dəqiqə

İran Prezidenti Pezeşkiyan: “Ən böyük narahatlığım xalqın dolanışığı və yaşayış şəraitidir”

Dünya

İran Prezidenti Məsud Pezeşkiyan ölkəsindəki iqtisadi və sosial problemlərə diqqət çəkərək, rəhbərlərin xalq qarşısında ədalətli davranmasının vacib olduğunu vurğulayıb. O bildirib ki, ən böyük narahatlığı xalqın dolanışıq, yaşayış, səhiyyə və təhsil məsələləridir.

Cagdas.az xəbər verir ki, Pezeşkiyan baş verən hadisələrin bəzi qrupların pis davranışları ilə əlaqələndirilsə də, bu vəziyyətin rəhbərləri xalq qarşısında ədalətli olmağa mane olmamalı olduğunu qeyd edib. Prezident həmçinin xalqa birbaşa yaxın olmaq və onların problemlərini yaxından izləməyin vacibliyini vurğulayıb: “Xalqın təhlükəsizliyi üçün onun yanında olmaq lazımdır. Bütün qurumlar özlərini xalqın səsini dinləmək öhdəliyi altında tutmalıdır.”

O əlavə edib ki, xalqa xidmət göstərildiyi müddətdə heç bir qüvvə İrana təsir edə bilməz.

Toplantıda İranın daxili işlər naziri İskəndər Mumini də çıxış edərək, etirazların ilk mərhələdə təbii proses olduğunu, lakin düşmən qüvvələr tərəfindən zorakılığa çevrildiyini bildirib. Mumini qeyd edib ki, hökumət iqtisadi problemlərin aradan qaldırılması üçün bir sıra önəmli qərarlar qəbul edib və etirazlar zamanı xarici kəşfiyyat xidmətlərinin rolu üzə çıxıb.

Nazir həmçinin valilərin xalqla birbaşa əlaqə qurmaq üçün imkanlardan istifadə etməsinin vacibliyini vurğulayıb.