Son dəqiqə

Trampdan daha bir ölkəyə TARİF HƏDƏSİ

Dünya

ABŞ Prezidenti Donald Trump Cənubi Koreyaya qarşı tarifləri artırmaq niyyətində olduğunu açıqlayıb. O, Seulun iyul ayında Ağ Evlə əldə olunan ticarət razılaşmasını yerinə yetirmədiyini iddia edib.

Cagdas.az bildirir ki, Trump “Truth Social” platformasında etdiyi paylaşımında bildirib ki, Cənubi Koreya parlamenti razılaşmanı hələ təsdiqləmədiyi üçün bu ölkədən idxal olunan avtomobillər və avtomobil hissələri, taxta məhsulları, dərman preparatları, eləcə də qarşılıqlı tariflər üzrə rüsumlar 15 faizdən 25 faizə qaldırıla bilər.

“Bizim ticarət razılaşmalarımız ABŞ üçün son dərəcə önəmlidir. Hər bir razılaşma çərçivəsində üzərimizə düşəni etdik və tarifləri sürətlə azaltdıq. Təbii ki, ticarət tərəfdaşlarımızdan da eyni addımı gözləyirik,” – deyə Trump paylaşımında vurğulayıb.

Hazırda Ağ Ev tariflərin artırılması ilə bağlı hər hansı icra sərəncamı imzalamayıb.

Bu açıqlama Trump-ın son aylar ərzində səsləndirdiyi növbəti tarif hədəsidir. Lakin indiyədək bu hədələrin heç biri real addıma çevrilməyib. Hətta Qrenlandiya ilə bağlı Avropa ölkələrinə tətbiq olunacağı deyilən 25 faizlik tariflərdən də sonradan geri çəkilib.

Cənubi Koreya hökuməti ABŞ administrasiyasının narazılığına əsasən, Amerika texnologiya nəhəngləri – Google və Meta kimi şirkətləri hədəfə ala biləcək rəqəmsal tənzimləmələri davam etdirdiyinə görə tuş gəlib. Dekabr ayında ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qririn ofisi koreyalı rəsmilərlə planlaşdırılan görüşü ləğv etmişdi. Buna baxmayaraq, Cənubi Koreya parlamenti həmin qanunu elə həmin ay qəbul edib.

Cənubi Koreya ABŞ ilə ilkin ticarət razılaşmasını yekunlaşdırmaqda çətinlik çəkən yeganə ölkə deyil. Bazar ertəsi Avropa İttifaqı da transatlantik ticarət razılaşmasını qorumaq məqsədilə bəzi ABŞ məhsullarına tətbiq olunan tariflərin azaldılması ilə bağlı səsverməni yenidən təxirə salıb.