Son dəqiqə

Ağ Evdə kritik görüş – Tramp Petro ilə bir araya gəldi

Dünya

ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petro ilə Ağ Evdə mətbuata qapalı görüş keçirib.

Cagdas.az xəbər verir ki, Ağ Evin rəsmi “X” hesabında yayılan məlumatda Tramp və Petro arasında baş tutan görüşdən bir foto paylaşılıb.

Məlumata görə, təxminən iki saat davam edən qapalı görüşlə bağlı Prezident Trampın yaxın vaxtlarda açıqlama verməsi gözlənilir.

Qeyd edək ki, Tramp daha əvvəl Kolumbiyanı kokain istehsal edib ABŞ-a göndərməkdə ittiham etmişdi.