Son dəqiqə

Dəməşqdə mühüm görüş: Şara Tom Barrakı Dəməşqdə QƏBUL ETDİ

Dünya

Suriya Prezidenti Əhməd əş-Şara ABŞ-nin Suriya üzrə Xüsusi Nümayəndəsi Tom Barrakı paytaxt Dəməşqdə qəbul edib.

Cagdas.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya Prezidenti Əhməd əş-Şara paytaxt Dəməşqdə yerləşən Xalq Sarayında ABŞ-nin Suriya üzrə Xüsusi Nümayəndəsi Tom Barrak və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani də iştirak edib. Qəbul zamanı regionda baş verən son proseslər və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.