İran İnqilab Keşikçiləri Ordusunun zabitləri Lübnana gedərək Hizbullahı ABŞ və İsrail ilə mümkün müharibəyə hazırlayıb.
Xəbərə görə, İran İnqilab Keşikçiləri Ordusunun zabitləri Lübnanda Hizbullahın nəzarətini faktiki olaraq ələ alıblar. Zabitlərin, İsrailin hücumları nəticəsində zəifləyən Hizbullahın hərbi potensialını yenidən qurmaqla vəzifələndirildiyi iddia edilir.
Çağdaş.Az-ın məlumatına görə, Al-Arabiya xəbərində Hizbullaha yaxın mənbələrə istinadən bildirir ki, İran İnqilab Keşikçiləri Ordusu Hizbullahın nəzarətini faktiki olaraq ələ keçirərək təşkilatı ABŞ və İsrail ilə mümkün müharibəyə hazırlayıb.
Habelə qeyd olunur ki, iranlı zabitlər Lübnandakı Hizbullah üzvlərinə birbaşa brifinq veriblər. Bu, İsrailin Bekaa Vadisini hədəf alan və ən azı 12 nəfərin ölümünə, 50 nəfərin yaralanmasına səbəb olan hücumuna istinad edilir. Həmin hücum zamanı ölümlər arasında Hizbullahın yüksək rütbəli üzvlərindən biri də olub.
Xəbərdə vurğulanır ki, həmin hücum zamanı İranlı zabitlər bölgədə Hizbullahın raket bölməsi üzvləri ilə toplantı keçiriblər. İsrailin Lübnana genişmiqyaslı hərbi əməliyyat keçirə biləcəyi ehtimalı var, bu isə Lübnan rəsmilərində mümkün müharibə qorxusu yaradıb.
















