Son dəqiqə

İsrail ordusu: “Tehrana genişmiqyaslı hücum dalğası başladılıb”

Dünya

İsrail Müdafiə Qüvvələri (IDF) İranın paytaxtı Tehranda rejimə məxsus hədəflərə qarşı genişmiqyaslı hücum dalğasına start verildiyini açıqlayıb. Hücumlar nəticəsində şəhər səmasında baş verən partlayışlardan sonra tüstü buludlarının yüksəldiyi müşahidə olunub.

Çağdaş.Az xəbər verir ki, İsrailin İrana qarşı hücumlarının davam etdiyi bildirilir. İsrail Müdafiə Qüvvələrinin  yaydığı son məlumatda qeyd olunur ki, Tehrandakı rejim obyektlərinə qarşı genişmiqyaslı zərbələr endirilib. Lakin hədəf alınan konkret obyektlər barədə ətraflı məlumat verilməyib. Yerli mənbələr hücumlar nəticəsində yaşayış məntəqələrinin də zərər gördüyünü iddia edir.