Son dəqiqə

İran mediası: “Çox güclü partlayışlar baş verdi”

Dünya

Tehrana genişmiqyaslı hücum dalğası başladılıb

Çağdaş.Az xəbər verir ki, Fars News Agency İsrailin hücumlarını təsdiqləyərək, bir çox bölgədə çox güclü partlayışların qeydə alındığını bildirib. Məlumatda hücumların yaratdığı dağıntılar və mümkün insan itkiləri ilə bağlı detallı informasiyanın yaxın saatlarda açıqlanacağı qeyd olunub.

Xatırladaq ki, günün erkən saatlarında da Tehran yenidən bombardmana məruz qalmış, şəhərin müxtəlif ərazilərində şiddətli partlayışlar baş vermişdi.