ABŞ, İsrail və İran arasında fevralın 28-də başlayan müharibə 24-cü gününə daxil olub. Cəbhədə davam edən hərbi əməliyyatlar və qarşılıqlı sərt bəyanatlar regionda gərginliyi daha da artırır.
Çağdaş.Az xəbər verir ki, İran tərəfindən səsləndirilən son xəbərdarlıq isə narahatlığı pik həddə çatdırıb. İran prezidenti Məsud Pezeşkiyanın köməkçisi İsmail Sekab İsfahani İsrail və Körfəz ölkələrində yaşayan mülki əhaliyə müraciət edərək bildirib: “48 saat ərzində su ehtiyatı toplayın və telefonlarınızı şarj edin.” Bu çağırış yaxın günlərdə yeni və daha geniş hücum dalğasının mümkünlüyünə işarə kimi qiymətləndirilir.
















